Qəlbdə imanı necə gücləndirmək olar?! İSLAM ALİMLƏRİNDƏN GÖSTƏRİŞLƏR


Qəlb imanın gücləndirmək üçün bir çox yollar tövsiyə olunur. Onlardan bəzisinə işarə edək:



1. Qəlb imanını gücləndirməyin yollarından biri – Allahı davamlı olaraq zikr etməkdir. Allahı yada salmaq qəlbin aramlığına səbəb olar. O zaman ki, insanın qəlbi aram olar, dini inancları da polad kimi möhkəm və qalıcı olar.



2. Qəlb imanını gücləndirməyin yollarından biri – dini düzgün tanımaqdır. İnsan hər nə qədər dini düzgün tanıyarsa, din haqqındakı inancı daha doğru formalaşar. Bu zaman vəsvəsələr qarşısında daha möhkəm şəkildə dayana bilər.



3. Qəlb imanın gücləndirməyin başqa yolu – Əhli-Beytə (ə) eşq və məhəbbət bəsləməkdir. Əhli-Beyt (ə) məktəbinin əsası məhəbbət üzərindən qurulmuşdur. Buna şahid – İmam Hüseyn (ə) dostlarının Kərbəlada göstərdikləri fədakarlıqlardır.



4. Qəlb imanın gücləndirməyin yollarından biri – Quranla yaxın olmaqdır. Ustad Cavadi Amuli bu haqda buyurur: “İslahın ən yaxşı yolu – Qurana yaxın olmaqdır. Hər nə qədər bacarsanız, Quran oxuyun və ona yaxın olun. Hətta əgər bəzi ayələrin mənası sizə aydın olmasa belə, deməyin ki, bu cür Quran oxumağın təsiri yoxdur. Xeyr, vardır. Quranı bu halda belə oxuyun. Çünki, Quran insan kəlamı deyildir”.



5. İbadət və münacat, alimlərin məclisində iştirak etmək, mənəvi və elmi bəhslər etmək – qəlb imanını gücləndirən başqa yollardan biridir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter