Heyvanların çıxartdığı səslərin mənası nədir?! İmam Hüseynin (ə) mükəmməl hədisi...


İmam Hüseyn (ə) kiçik olan zaman heyvanların çıxartdığı səslərin mənasını Həzrətdən (ə) soruşurlar. Çünki İmamətin nişanələrindən biri budur ki, İmam heyvanların dilini də bilməlidir.



İmam (ə) da bir-bir heyvanların nə dediklərini bəyan etmişdir:



Kərkəs deyər: Ey Adəm övladı! Necə istəyirsənsə yaşa, ancaq bunu bil ki, aqibətin ölümdür.

Qızılquş deyər: Ey bəlaları aradan aparan!

Tovuzquşu deyər: Allahım! Özümə zülm etmişəm və bəzəyimlə məğrur olmuşam. Ona görə də məni bağışla.

Kirpi deyər: Allah öz ərşində qərar tutmuşdur.

Xoruz deyər: Hər kim Allahı tanısa, Onu unutmaz.

Toyuq deyər: Ey haqq olan Allah! Sən haqsan və sözlərin haqdır.

Qırğı deyər: Allaha və qiyamət gününə imanım vardır.

Leş yeyən kərkəs deyər: Allaha təvəkkül et ki, O, ruziverəndir.

Qartal deyər: Hər kim Allaha itaət edər, çətinlik görməz.

Şahin deyər: Allah pak və haqdır.

Bayquş deyər: Yaxınlıq, insanlardan uzaq olmaqdadır.

Qarğa deyər: Ey ruzi verən! Halal ruzi çatdır!

Durna deyər: Allahım, məni düşmənlərimin şərindən qoru.

Leylək deyər: Hər kim insanlardan uzaq olar, rahat olar.

Ördək deyər: Ey Allahım, sənin bağışlamağını istəyirəm.

Hud-hud deyər: Necə ki, bədbəxtdir o kəs ki, günah edər.

Qumru deyər: Ey sirlərə və gizli olanlara alim olan, ey Allah!

Göyərçin deyər: Sənsən Allah, Səndən başqa Allah yoxdur.

Tutuquşu deyər: Allahı yada salmaq günahların bağışlanmasına səbəb olar.

Sərçə deyər: Allahdan bağışlanma istəyirəm o günahlara görə ki, Onu qəzəbləndirər.

Bülbül deyər: Lə iləhə illəllahu haqqə həqqə.

Kəklik deyər: Qiyamət yaxındır.

Bildirçin deyər: Ey Adəm övladı! Hansı şey səni ölümdən qafil etmişdir?

Ağacdələn deyər: Mənim Allahım, mənə atəşdən nicat ver!

Çöl bülbülü deyər: Allahım, möminlərin günahlarını bağışla!

Səhra göyərçini deyər: Allahım, əgər məni bağışlamasan, bədbəxt olaram.

Dəvəquşu deyər: Allahdan başqa məbud yoxdur.

Qaranquş “Həmd” surəsini oxuyar və deyər: Ey tövbələri qəbul edən! Həmd Sənin üçündür!

Zürafə deyər: Lə iləhə illəllahu vəhdəhu.

Qoyun deyər: Ölüm – ən yaxşı nəsihətverəndir.

Çəpiş deyər: (Allahım), ölümümü yetir ki, günahlarım az olsun.

Buzov deyər: Ey Adəm övladı! Səbir et, sən o kəsin qarşısındasan ki, səni görər və (Özü) görünməz. O, Allahdır.

Fil deyər: Ölümdən qaçış yoxdur.

Bəbir deyər: Ya Əziz, ya Cəbbar, Ya Mutəkəbbir, ya Allah!

Dəvə deyər: Pakdır o Allah ki, zalımları xar edər.

At deyər: Sübhəna Rabbəna Sübhənahu.

Canavar deyər: O kəsi ki, Allah qoruyar, heç bir zaman zay olmaz.

Çaqqal deyər: Vay, vay vay! O günahkara ki, günahında təkid edər.

İt deyər: Günahlar xarlığa səbəb olar.

Dovşan deyər: Allahım, məni həlak etmə. Həmd və sitayiş Sənin üçündür.

Tülkü deyər: Dünya, qürur evidir.

Ceyran deyər: Allahım, mənə əziyyətdən və azardan nicat ver.

Kərgədan deyər: (Allahım) fəryadıma çat, əks halda həlak olaram.

Maral deyər: Allah mənə kifayət edər, ən yaxşı vəkildir.

Pələng deyər: Pakdır o Allah ki, qüdrəti ilə əziz olmuşdur.

İlan deyər: Ey Allahım, necə də bədbəxtdir o kəs ki, Sənə günah edər.

Əqrəb deyər: Pislik – vəhşətli bir şeydir.

Sonra İmam (ə) buyurur: “Bütün məxluqlar Allahı təsbih edərlər”. (Həvzəh)



Sonra bu ayəni tilavət edir: “Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək, Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi – sonradan yaranması Onun qədimliyinə - elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyri-məhdud olmasına dəlalət edir). Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən O, həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır)”. (“İsra” 44)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter