Niyə borc verməyin savabı sədəqədən daha üstündür?!


Borc vermək dinin göstərişlərindəndir ki, ən yaxşı ibadət hesab olunur. Çox sayda hədislərimiz vardır ki, bizə müsəlmanların hacətini yerinə yetirməyi tövsiyə edir ki, böyük savaba malikdir. Bu İlahi sünnətə görə, əgər sədəqə versən, sənə on savab yazıldığı halda, borc verən zaman 18 savab yazılır.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “O gecə ki, meraca aparılmışdım bu yazını behiştdə gördüm: “Sədəqənin on qat savabı vardır, borcun 18 qat”.

Sədəqə vermək yaxşı əməldir, ancaq onun harada istifadə olunduğu məlum deyildir. Ancaq o zaman ki, bir başqa müsəlmana ehtiyacını aradan qaldırmaq üçün borc verirsən məlumdur ki, işinin düyününü açmaq üçün istifadə edəcəkdir. O zaman ki, onun qəmini aradan aparmağa yardım edirsən və möminin qəlbini şad edirsən iki bəyənilən iş görmüş olursan.

İslam dini də bizdən bunu istəyir. Yəni, həm möminin işininin düyününü açmağa yardım etməyi və həm də onun qəlbini sevindirməyi. (Həvzəh)

Quran buyurur: “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).

“Allaha gözəl bir borc verin”. (“Muzzəmmil” 20).

Din qardaşına borc vermək İslamın sünnətidir və ondan imtina etmək bəyənilməyən əməl sayılır. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “O kəs ki, ehtiyacı olan və ya din qardaşı ondan borc almaq üçün (ona) üz tutarsa, ancaq o, qüdrəti çatdığı halda onun istəyini təmin etməzsə, Allah (onu) behiştdən məhrum edər”.


Həzrət Peyğəmbər (s) borc verən haqqında buyurur: “O kəs ki, müsəlman qardaşına borc verər, borc verdiyi hər dirhəm qarşılığında ona Ühüd, Rizvan və Sina dağları qədər savab verilər. Əgər borc verdiyi insanla mehriban olarsa, Sirat körpüsündən işıq sürətilə, hesab vermədən və əzabsız keçər”.

İmam Sadiq (ə) buyurur: “Borc verməyi sədəqədən daha çox sevirəm. O kəs ki, borc verər və onun üçün müddət təyin edər, borc alan insan onu vaxtında verməzsə, təxirə düşən hər günün mükafatı hər gün verilən bir dinar sədəqənin mükafatı qədər olar”./Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter