Nəfslə mübarizə aparmağın 6 mərhələsi hansılardır?!


Əxlaq alimləri və Məsumlarımız (ə) nəfslə mübarizə aparmağın mərhələlərini zikr etmişdilər. Bu mərhələlər ibarətdir: yəqzə, təfəkkür, əzm, müşaritə, müraqibə, mühasibə.

Yəqzə, yəni ayılmaqdır. Qəflətdən xaric olmaqdır. Özünü unutmaqdan xaric olmaqdır. Necə ki, xəstə öz xəstəliyinə diqqət etməz, müalicə ardınca olmayacaqdır. Bu fərqlə ki, cismi xəstəliklər adətən ağrı ilə bir yerdə olur. Bədən həssaslıq göstərir və insan müalicə ardınca düşür. Ancaq nəfsin xəstəlikləri aşkar deyildir. Adətən hətta ləzzətlə bir yerdə olur. Ona görə də onu aşkar etmək daha çətindir. İnsan maddi dünyaya qərq olduğu üçün onun müalicəsi barəsində düşünməz. Qurani-Kərim bu haqda buyurur: “Şübhəsiz, onlar bu tez keçən dünyanı çox sevər və ağır günə (Qiyamət gününə) arxa çevirərlər (unudarlar)”. (“İnsan” 27).


İmam Əlinin (ə) mübarək nəzərinə görə, qəflət – ən ziyankar düşmən, bir növ xəstəlik, qəlbin kor olmaq amili, qəlbin ölmə səbəbidir. Ona görə də İlahi peyğəmbərlər (ə) gəlib qəflət pərdəsini kənara çəkməyə çalışmışdılar. İnsana Allahı tanıtmış və haqq yolunu göstərmişdilər.


İmam Əli (ə) buyurur: “Qəlbin süstlüyünü mətanətlə, gözlərində olan qəflət yuxusunu ayıqlıqla müalicə et”.


İmam Sadiqin (ə) buyurduğuna görə hər kim qəlbini qəflətdən qoruyar,nəfsini şəhvətdən saxlayar, ağlını cəhalətdən xilas edər – onun adı agahların divanında qeydə alınar.


Təfəkkür odur ki, insan gərək əməlləri barəsində düşünsün və onların nəticələrinə diqqət göstərsin. Qəflətdən ayılandan sonra insanın etməli olduğu əməl – təfəkkürdür.

Əzm odur ki, insan nəfsi ilə mübarizə aparmağa davamlı və israrlı səy göstərər. Qərara alar ki, nəfsi ilə cihad edəcəkdir və bu əzmindən dönməz.

Müşaritə odur ki, insan özü ilə şərt kəsər ki, bu günü günah etməyəcəkdir. Əgər günah etsə, nəfsini cəzalandıracaqdır. Misal üçün, üç gün oruc tutacaqdır.

Müraqibə odur ki, insan öz əməllərinə diqqət edər və nəzarətçi rolunu oynayar. Baxar görər ki, günah edir, yoxsa yox.

Mühasibə odur ki, insan əməllərini günün sonunda hesaba çəkər. Əgər günah edibdirsə – ona görə tövbə edər, əgər yaxşı əməllər yerinə yetiribdirsə – ona görə Allaha şükür edər.


Bəli, bunlar – nəfslə mübarizə aparmağın mərhələləridir. Hər kim nəfsi ilə cihad etmək istəyirsə, gərək bu mərhələləri bir-bir arxada qoysun və yeni mərhələyə keçsin./Deyerler


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter