İlahi Peyğəmbərlərin (ə dəvət və təbliğində əsas məqsədləri nə olmuşdur?!


Peyğəmbərlərin (ə) dəvətindəki orta hədd.

Əgər yaxşı diqqət etsək, görərik ki, Peyğəmbələrin (ə) məqsədi insanlıq meyllərinin kökünü kəsmək deyil onları konkret bir çərçivə daxilində saxlamağı örgətmək olmuşdur. Onlar istəyirdilər ki, insan bu qüvvələrini kontrol edərək, səadətə çatsın. İnsanın qəlbində cavidan olmaq hissi də vardır. İnsan fitri olaraq, başa düşür ki, cavidandır və fani deyildir. Ancaq onu da bilir ki, dünyada cavidan olmaq mümkün deyildir.

Peyğəmbərlərin (ə) başqa bir vəzifəsi də insanları axirətlə tanış etməkdir. Onlar insanda olan bu hissi canlı tutsub mal və dünyaya olan bağlılıqlarını məhddulaşdırırlar ki, cavidan olmaq fikrindən qafil olmasınlar. Onlar insanlara başa salmağa çalışmışdılar ki, bu dünya onların əbədi qalacağı yer deyildir. Cavidanlıq axirətdədir. Başqa sözlə desək, peyğəmbərlər (ə) bu hissi insanların daxillərində cücərtmək istəmişlər. Onlar istəyirlər ki, insan öz-özünə desin \"Mən başqa bir dünyaya aidəm”.

Lakin insan istəyir ki, üç nəfsani meyli daima azad olsun. Ona görə də əql nəfsi kontrol edir və onun gözətçisidir. Din ağılla eyni istiqamətdə hərəkət edir. Ağılla hərəkət edən insan daima öz nəfsini kontrolda saxlayır və qoymur ki, sərhədlərini aşsın. Deməli, insan ömrünün axırına qədər nəfsinə nəzarət etməli və istəklərini dinə uyğun tənzim etməlidir. Bu cür olan halda insan Allahın vəd etdiyi əbədi cavidanlığa çata bilər.
(Ayətullah Hacıağa Muctəba Tehraninin saytına istinadən)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter