Hz Peyğəmbərin (s) hədisinə əsasən namazı tərk edəni dünya, ölüm, qəbir və axirətdə hansı 12 müsibət gözləyir?!


NAMAZI TERK EDEN HAQQINDA
Həzrəti Peyğəmbərdən (s) nəql olunur: Namazı tərk edən 12 cəzaya mübtəla olacaq: üçü bu dünyada, üçü ölən zaman, üçü qəbrdə, üçüdə qiyamət günü (axirətdə).

Bu dünyada:
1. Allah təala onun üzündən salehlik simasın silər.
2. İslamdan ona heç bir pay olmaz (müsəlman hesab olunmaz).
3. Yaxşı əməllərinin heç biri qəbul olmaz.

Ölən zaman:
1. Ac və susuz ölər.
2. Zəlil (alçaq) halda ölər.
3. Qəlbi ağrılı ölər (sıxıntı ilə əzab-əziyyətlə ölər).

Qəbrdə:
1. Qəbri onu sıxar.
2. (Qəbrdə sorğu-sual edən) Nəkir və Münkirə \"Kəliməyi şəhadəti\" deyə bilməz (onların suallarına cavab verə bilməz, dili tutular).
3. Allah təala \"Şuca əl-Əqra\" adlı ilanı onun üzərinə göndərər (ona əzab verər).


Qiyamət günü (axirətdə):
1. Məhşərə üzü qara gələr (Məhşər qiyamət günü insanların toplanacağı yerdi).
2. Üzündə bu yazı olar: \"Məhşərdən Cəhənnəmə sürüklənərək aparılan\".
3. Uca səslə ona deyilər: \"Bu Allahın bəndələrinə fərz (vacib) etdiyi,İslamın vacibatlarını terk edenin cəzasıdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter