Qurani Kərimin ayələrinə əsasən Allahın haqqın hansı məsələlərə aiddir?!
Bu haqq hər bir müsəlman üçün ən mühüm olan haqdır. Bu əzəmətli haqqı ödəmək hər bir müsəlmanın borcudur. Allah-təala bizi analarımızın bətnlərində bir şəkildən başqa şəklə salıb, sonra insan olaraq bu dünyaya gətirib:
«Biz, həqiqətən, insanı tər-təmiz (süzülmüş) palçıqdan yaratdıq. Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik. Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu yeni bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uca, nə qədər uludur!» («əl-Mu‘minun» surəsi, 12-14).
Allah-təala biz insanlara bol ne‘mətlər verib ki, bəlkə ona şükr edək:
«Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, bəlkə şükr edəsiniz» («ən-Nəhl» surəsi, 78).
Allah-təala bizdən yalnız Onun təkliyinə ibadət etməyi istəyir. O istəyir ki, biz insanlar Onun əmrlərini yerinə yetirək və qadağan etdiyi şeylərdən çəkinək:
«Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım. Mən onlardan ruzi istəmirəm. Mən onlar¬dan Məni yedirtmələrini də istəmirəm. Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!» («əz-Zariyat» surəsi, 56-58).
«Ey Adəm övladı! Məgər Mən sizə: \"Şeytana ibadət etməyin, o sizin açıq düşməninizdir!\" – deyə buyurma¬dımmı?! Və: \"Mənə ibadət edin, bu doğru yoldur!\" – deyə əmr etmədimmi?! Həqiqətən, Şeytan içərinizdən çoxla¬rını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?»
(«Ya Sin» surəsi, 60-62).
Hər bir müsəlman ona vacib olan ibadətləri bacardığı qədər yerinə yetirməlidir:
«Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz»
(«əl-Bəqərə» surəsi, 286).
«Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun»
(«ət-Təğabun» surəsi, 16).
«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalı¬dırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (\"Allahu Əkbər\" deməklə) tə‘zim və bəlkə də şükr edəsiniz»
(«əl-Bəqərə» surəsi, 185).
Babasil xəstəliyinə tutulmuş İmran bin Hüseyn (r.a) namazını necə qılması haqqında Peyğəmbərdən (s.ə.s) soruşduqda, o belə demişdir: «Ayaq üstə qıl, bacarmır¬sansa, oturan yerdə qıl, onu da bacarmırsansa, uzanan yerdə qıl!» (əl-Buxari, 1117-ci hədis).
Allah-təala Onun haqqını ödəməyənlərin halını vəsf edərək buyurur:
«Biz cinlərdən və insanlardan çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri var, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın mö‘cüzələrini) görməzlər. Onla¬rın qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşit¬məzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!» («əl-Ə‘raf» surəsi, 179).
Allahın dinini yer üzündə bərqərar etmək, Allahın haqqını ödəmək¬dəndir. Allahın göndərdiyi sonuncu səmavi din olan İslamın əsasları üç qismdir:
1) İslam; 2) İman; 3) Ehsan./ehliwie-samux.