İnsan həyatını işıqlandırmaq Allahı zikr etməklə mümkündür! Hansı zikrləri edək?!


Zikrin gətirdiyi faydalardan biri də ağlın bişməsi və hikmət əldə etməkdir. Zikr insan idrakını coşdurar və ayıldar. Həzrət Peyğəmbər (s) səhabəlrəinə buyurur: \"İstəyirsinizmi ki, sizi dinar və dirhəmdən daha yaxşı və mənəvi dərəcənizi qaldıra bilən əməldən agah edim?”. Hamı dedi: \"Bəli”. Həzrət (s) buyurdu: \"Bu, Allahı çoxlu zikr etməkdir”.

Bəs hansı zikrləri edək?

1. Təsbihati-ərbəə. \"سبحان الله و الحمد الله و لا اله الاّ الله و الله اکبر (\"Subhənallah vəlhəmdulilləh və lə iləhə illəllah vəllahu əkbər”)”
Həzrət Peyğəmbər (s) buyurur: \"Beş şey tərəzidə ağır olar: təsbihati-ərbəəni çox demək, müsəlman olan layiqli övladın ölməsi, övladı ölən zaman səbir ətəyindən əl çəkməmək və Allahın hesabına tapşırmaq”.

2. Təsbih (Subhənallah).
Bir nəfər İmam Əlidən (ə) bu təsbihin təfsiri haqqında soruşur. İmam (ə) buyurur: \"Bu zikr Allaha təzim etmək və Onu müşriklərin Allaha nisbət verdiklərindən pak bilməkdir. Əgər bəndə onu desə, bütün mələklər ona salavat göndərər”.
İmam Sadiq (ə) buyurur: \"İblis deyir: Beş şey vardır ki, mənim onlarda heç bir hiyləm yoxdur: Onlardan biri də gecə və gündüz \"Subhənallah” zikrini çox deyənlərdir”.
İmam Əli (ə) buyurur: \"O kəs ki, hər gün 30 dəfə \"Sübhənallah” deyər, Allah 70 bəlanı ki, onların ən azı yoxsulluqdur, ondan dəf edər”.

3. \"Lə iləhə İlləllah” demək.
Həzrət Peyğəmbər (s) buyurur: \"Allah buyurur: \"Lə iləhə İlləllah Mənim qalamdır və hər kim ora daxil olarsa, Mənim əzabımdan amandadır”.
Həzrət Peyğəmbər (s) buyurur: \"Lə iləhə İlləllah kəlməsi - behiştin qiymətidir”.
İmam Sadiq (ə) buyurur: \"\"Lə iləhə İlləllah” zikrini çox deyin, çünki Allahın yanında bu iki zikrdən daha sevimli heç nə yoxdur”.

4. Həmd. (Əlhəmdulillah).
İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurur: \"Hər kim
الحمد الله کما هو اهله desə, səmanın yazanları məşğul olar”. Məsum İmamlar (ə) həmdi hər bir halda deməyi tövsiyə edirlər, həm nemətə çatanda və həm də müsibət baş verəndə.

5. لا حول و لا قوّة الاّ بالله العلی العظیم \"Lə həvlə və lə quvvətə illə billəhil-Aliyyul-Azim”
Bu zikr - behişt xəzinəsindəndir. 99 dərdə şəfadır və onların ən azı isə qəm və giriftarlıqdır. İmam Sadiq (ə) buyurur: \"Əgər davamlı olaraq qəm sənə üz tutarsa, de:
لا حول و لا قوّة الاّ بالله العلی العظیم \"

6. İstiğfar (\"Əstəğfirullahə Rabbi və ətubu iləyh” kimi zikrlər).
Çoxlu istiğfar etmək sayəsində günahlar bağışlanar və ruzi artar.
Allahi hər bir halda zikr edək. Allahı nəinki dilimizdə, həm də qəlbimizdə zikr edək ki, nəfsani istəkləri bizdən uzaq etsin və İlahi qürbə yaxınlaşdırsın./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter