Hz İbrahim (ə) Allah-Təaladan (c.c) İlahi razılıq haqda hansı 4 məsələni soruşdu?!


Həzrəti İbrahim əleyhisalam Allahdan soruşdu: Sənin qorxundan göz yaşlarını üzünə axıdan şəxsin mükafatı nədir?
-Allah buyurdu: Onun mükafatı Mənim rəhmət və rizvanımdır.

İbrahim ərz etdi: Pərvərdigara, Sənin görüşünə ümid bəsləmək yolunda qəm-qüssəyə səbr edən şəxsin mükafatı nədir?
-Allah buyurdu: Mən belə bir şəxsə iman libası örtərəm ki, onun vasitəsi ilə behişti kəsb edər, Cəhənnəm odundan uzaq qalar.

İbrahim soruşdu: Sənin razılığın üçün dul qadınların könlünü alan şəxsin mükafatı nədir?
-Allah buyurdu: Mən o şəxsi öz rəhmətimə qərar verərəm, axirətdə də onu behiştdə daxil edərəm

İbrahim soruşdu: Sənin xatirinə dəfn mərasimində iştirak edən şəxsin mükafatı nədir?
-Belə bir kəs ölən zaman Mənim mələklərim onun cənazəsi namaz qılar və onun ruhuna şəfaət edərlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter