Dualarımızda Allahdan nə istəyək?
Bizə həmişə tövsiyə edirlər: \"Qunutda, qeyri-qunutda, namazda və qeyri-namazda Allahdan elm istəyin. Faydasız elmdən Allaha pənah aparın”.
Hədislərdə oxuyuruq ki, insanların ən acizi o kəsdir ki, dua etməyi bacarmır və bilmir ki, dua edən zaman nə demək lazımdır. Allahdan nələri istəsək daha fəzilətli olar?
1. Bağışlanma. İnsan hər bir yerdə və hər bir şəraitdə Allahdan bağışlanma diləməlidir.
2. Həcc və Allahın Evinin ziyarəti. Allah Evini ziyarət etmək hər bir müsəlmanın arzusudur və bu arzunu dilə gətirib Allahdan istəmək lazımdır.
3. Şəhadət istəmək. İslam dinində Allah və vətən yolunda şəhid olanların çoxunun uca məqamı vardır. Onlar behiştin ən ali mərtəbəsində olacaqlar. Məsumları (ə) görəcək və onların mərifət feyzindən bəhrələnəcəklər. Ona görə də bu ali məqamı dualarımızda da yaddan çıxartmayaq.
4. Cəhənnəmdən nicat tapıb, behiştə daxil olmaq. İnsan elə bir varlıqdır ki, daima özünə xeyirli olan şeylərə tərəf can atır. Qurani-Kərim öz ayələrində həmişə behişti tərifləyir və cəhənnəmi pisləyir. Hər bir müsəlman da cəhənnəmdən nicat tapıb, behiştə daxil olmaq istəyir. Dualarımızda bu məqamı da yaddan çıxartmayaq.
5. Dünya nemətləri. Müsəlman, Allahdan yoxsulları ehtiyacsız etməsini, acları doyuzdurmasını, yersizi geyindirib, yer sahibi etməsini, borcluların borcunu qaytarmasını, qəriblərin vətənlərinə geri qayıtmasını, əsirlərin azad olmasını, xəstələrin şəfa tapmasını istəməlidir. Belə ki, Ramazan ayının gündəlik dualarına nəzər salanda bu dualara rast gəlmək olar. Bu dualarda Allahdan uzun ömür diləyir və halal ruzi istəyirik.
6. Allahın sifətlərini tanımağı. \"Cövşən-Kəbir” duası başdan-başa Allahın adları və sifətlərindən bəhs edən bir duadır. Əbu Həmzə Somalinin duası, \"Ya Əliyyu, ya Əzim” duası Allahın sifətlərindən bəhs edən dualardır.
7. Əhli-beytlə (ə) rabitə. \"Təvəssül” duası, \"İftitah duası” Məsumların (ə) xüsusiyyətlərini bəyan edir və onlara təvəssül edərək, bir-bir adlarını çəkirik. Bu duaların köməyi ilə İmamət etiqadımız möhkəmlənir. Onlarla ruhi rabitəmiz güclənir. Xüsusilə də \"Əhd” duasının vasitəsilə İmam Zaman ağa (ə.f.) ilə rabitəmizi möhkəmləndiririk.
8. Quranla bağlılıq. Quran ayələrindən və bizə çatan hədislərdən öyrənirik ki, müsəlman hər nə qədər Qurana yaxın olarsa və davamlı şəkildə onunla ünsiyyət bağlayarsa, şeytanın şərindən uzaq olar və Allaha daha çox yaxınlaşar.
9. Faydalı elm istəmək. Məsumlar (ə) bizə tövsiyə edirlər ki, Allahdan elm istəyək. O elm ki, faydalı deyildir, bizə lazım olmaz: sehr, gözbağlıca kimi. Həzrət Peyğəmbər (s) buyurur: \"Əgər kimsə dərs oxusa, elə bir elm öyrənsə ki, bu elm onun rəhbəri olmaz, göz yaşlarına hakim olmaz ki, o zaman ki, istəyir tökülər, o zaman ki, istəmir tökülməz. Bu elm faydalı elm deyildir”. Əgər kimsə alim olmuşdur, ancaq ağlayanlardan deyildir, onun elmi onu ağlatmırsa, bu faydalı elm deyildir.
Qəlb tutumumuzu boş buraxmayaq. Biz əgər ona elm tökməsək, boş dastanlarla, əfsunlarla dolacaqdır. Ona görə qərara alaq. Ya başqaları boş şeylərlə onu doldurar, ya da özümüz gərək qəlbimizi faydalı elmlə dolduraq.
(Tebyan/ Deyerler.org)