Haram musiqiyə qulaq asmağın mənfi təsirləri haqda məsumlar nə buyurmuşlar?!


Haram musiqi duaların qəbul olmasına mane olar

Ğina (haram musiqi), rəqs - haram əməllərdəndir ki, bəzi insanlar aldadıcı ruhi rahatlıq tapmaq üçün onlara üz tutur. Bu vasitə insanda aldadıcı müvəqqəti rahatlıq imitasiyası yaradar, ancaq ona həqiqi rahatlıq verə bilməz.

Bu gün dünyanın çox yerində ğinanın və rəqsin minlərlə növündən istifadə edirlər. Bunlar rahatlıq verəndirsə, nədən dünyada iztirab və narahatlıqlar baş alıb gedir? Ğina nəinki bəşəri rahatlada bilmir, bəlkə insanı bir çox ruhi xəstəliklərə düçar edər.

Tibb elmi mütəxəssisləri bu əqidədirlər ki, ğina insanın ruhuna ziyan vurur. Onların gəldiyi qənaətə görə, ğina insanın əsəblərini zəiflədir, ruhi həyəcan yaradır, qəlbinə təsir edir, qan təzyiqini qaldırır, bəzən insanı intihara qədər apara bilir. Eyni zamanda ömrü azaldır və insanın qeyrət hissinə mənfi təsir göstərir.

Həzrət Peyğəmbər (s) buyurur: \"Ğina - zinanın müqəddiməsidir və ona səbəb olar”. İmam Sadiq (ə) buyurur: \"Ğina - nifaqa və ikiüzlülüyə səbəb olar, ardınca yoxsulluq gələr”. Həzrət (ə) başqa yerdə buyurur: \"O evdə ki, ğina oxunar, qəflət gələn bəladan amanda olmaz. Orada dualar qəbul olmaz, mələklər ora daxil olmaz”.

Beləliklə, deyə bilərik ki, ğina insanı çox sayda günaha düçar edər ki, bunlara zina, nifaq, yoxsulluq, qəflətən gələn bəla daxildir. Həmçinin ğina oxunan evdə edilən dualar qəbul olmaz. Bəs bu cür olan ğina, insana necə rahatlıq bəxş edib, onu iztirabdan uzaqlaşdıra bilər ki?/ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter