Bu insanın ədalətli və din qardaşı hesab etmək olar! İmam Sadiqin hədisi ..


Verdiyin sözü yerinə yetir!..

Əhd–peyman və ona vəfa etmək Qurani-Məcid və Əhli-beyt buyruqlarında diqqət mərkəzində olan əxlaqi və insani həqiqətlərdir. Əhd-peymanın Allah, Peyğəmbər (s), İmamlar (ə) və ya xalqla bağlanmasının heç bir fərqi yoxdur. İbadət, xalqa xidmət, ticarət və sair sahələrdə bağlanmış istənilən müsbət əhd-peymana əməl etmək vacib, onu pozmaq isə haramdır.

\"Nəhl” surəsinin 91-ci ayəsində buyurulur: \"Əhd bağladığınız zaman Allahın əhdinə vəfa edin”. \"Bəqərə” surəsinin 27-ci ayəsində oxuyuruq: \"O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır və yer üzündə fitnə-fəsad törədirlər, məhz belələri ziyana uğrayanlardır”. \"İsra” surəsinin 34-cü ayəsində isə belə buyurulur: \"Əhdə vəfa edin. Doğurdan da, əhd barəsində soruşulacaqdır”. \"Maidə” surəsinin 1-ci ayəsində oxuyuruq: \"Ey iman gətirənlər, əhdlərə sadiq olun”.

İslam Peyğəmbəri (s) buyurmuşdur: \"Hər kəsdə üç xüsusiyyət olsa, o, münafiqdir - hətta namaz qılıb oruc tutsa, özünü müsəlman bilsə də: onu əmin bildikləri halda xəyanət edər, ağzını açanda yalan danışar, verdiyi vədə vəfa etməz.” İmam Sadiq (ə) buyurur: \"Xalqla rəftarında zülmə yol verməyən, onlara yalan danışmayan, vədini pozmayan insanın mürüvvəti kamil, qeybəti haram, ədaləti aşkardır və onu din qardaşı bilmək lazımdır”/ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter