Kasıb bir müsəlmana izzətli yaşamaq üçün Hz Peyğəmbər (s) hansı göstəriişi buyurdu?!
Bir gün mədinəli kasıb bir müsəlman Peyğəmbərimizin yanına gələrək yemək üçün bir şey istədi..Peyğəmbər (s) o adamdan evində bir şey olub-olmamasını soruşdu..O da:
- Evdə xırda bir xalça və su qabından başqa heç bir şey yoxdur. - dedi.
Peyğəmbərimiz tez onları (xırda xalça və su qabı) gətirməsini əmr etdi..Adam deyilənləri gətirdikdə Allah Rəsulu yanındakılara:
- Bu şeyləri pulla almaq istəyən varmı? - deyə soruşdu..
Səhabələrdən biri
- Mən bir dirhəmə alaram - dedi..
Peyğəmbərimiz (sallallahu aleyhi va alihi va səlləm) daha çox pul təklif edən birisinə satacağını bildirdi..Başqa bir səhabənin iki dirhəmə almaq istədiyini görən Rasulullah, xırda xalça və su qabını ona satdı..Sonra isə, hüzuruna gələrək yardım istəyən adama belə dedi:
- Bir dirhəm ilə evə yemək, geri qalan pula isə, bir balta al..Bu balta ilə odun doğrayıb sat..Dilənçilik etməkdənsə, öz əməyinlə qazan!..
Peyğəmbərin (s) sözünü dinləyən həmin səhabə bir həftə içində artıq on dirhəm qazanmışdı../ehliwie-samux.