İslam Peyğəmbərinə (s) səmimi sevgisi onu Allah-Təala (c.c) dərgahında sevimli bəndə etdi?!
Rəvayətə görə Musa əleyhissalamın zamanında heç kimin sevmədiyi, günahkar bir adam vardı.
Həmin adam öldüyü zaman bu da insanmı deyərək zibilliyə atdılar.
Allahu Təala Musa əleyhissalama əmr etdi ki, mənim filan zibillikdə bir övliya qulum var, onu oradan çıxar, təmizlə, namazını qıl və dəfn et.
Musa əleyhissalam adamı zibillikdən çıxardı, gözəlcə yudu, kəfənlədi, namazını qıldı.Bunu görən camaat təəccübləndi.
Allahın Elçisi bunların zibilə atdığı adamı təmizləyir, kəfənləyir, namazını qılır...
Dəfndən sonra Musa əleyhissalam adamın evinə gəldi:
- Ey xanım, bu adam nə edib, hansı xeyirli əməli görüb?
Qadın dedi ki:
- Ya Rəsulullah, bu heç kimin sevmədiyi, hər kəsin qaçdığı bir insandır, bunun yaxşı bir əməli yox idi.
- Yaxşı düşün, bunun xeyirli bir əməli, yaxşı bir işi var.
Qadın yenə:
- Heç bir yaxşı əməli yox idi,həmişə günah işlərlərdi.
Üçüncü dəfə soruşdu:
- Onun mütləq bir şeyi var ki,
Allahu Təala məndən onu dəfn etməmi istədi.
Qadın dedi ki:
- Bir gün Tövrat oxuyurdu, oxuyarkən Məhəmməd (əleyhissalam) deyə bir ad keçdi.
Bu nə gözəl addır dedi, təkrar oxudu, yenə bu nə gözəl addır dedi.
Sonra, Ya Rəbbi, adı belə gözəl olanın kim bilir özü nə qədər gözəldir.Mən ona aşiq oldum, dedi və adını öpdü.
Musa əleyhissalam da bunu eşitdikdə-\"Her şeyi anladığını\" buyurdu.
İslamiyyət ağac kimidir. Kökü imandır,
gövdəsi əməllərdən ibadətlərdir.
Ağacdan məqsəd, meyvədir.
Ağacın meyvəsi də təsəvvüfdür, sevgidir, ixlasdır.
Ağacdan məqsəd meyvə amma, ağac olmazsa meyvə də olmaz.
Belə bir Peyğəmbərə ümmət olmaq ən böyük nemətdir