İmam Rza (ə) cümə gününün əzəmət və təsiri haqda nə buyurmuşdu?!
İmam Rizadan (ə.) nəql olunur, Peyğəmbərimiz (s.a.a.s) belə buyurmuşdur: \"Cümə günü, günlərin ağasıdır. Allah, o gündə yaxşılıqların savabını qat-qat artıq verər. Pislikləri və günahları silər. O gündə dərəcələr yüksəldilir, dualar qəbul edilir, bəla və müsibətlər aradan qaldırılır, böyük ehtiyaclar ödənilir.
Allah, o günün hörmətinə bir çoxlarını cəhənnəm atəşindən uzaqlaşdırar. Kim o günün haqqını gözləyərək, o günə lazım olan hörməti göstərərək Allaha ixlasla dua edərsə, həmin şəxsi cəhənnəm atəşindən qurtarmaq Allahın üzərində bir haqdır.
Cümə günü və gecəsində ölən kəs (həqiqətən imanlı, ixlaslı və Allahın qullarının haqlarına dəyərincə əhəmiyyət verən, hörmət göstərən) şəhid olaraq ölmüş sayılar və güvən içərisində dirilər (qalxar). Kim də o günün haqqını, hörmətini qorumazsa, o günü bihudə keçirərsə, tövbə etmədiyi təqdirdə Allahın onu cəhənnəmə atması, Allahın üzərində bir haqdır.”/ehliwie-samux.