Hz Peyğəmbərin (s) səhabəsi Əbu Dərda balalarını haram tikədən qorumaq üçün hansı məsələyə diqqət edərdi?!


ÖZÜNÜ VƏ AİLƏNİ HARAM TİKƏDƏN QORUMAQ BARƏDƏ:
Belə rəvayət edirlər ki, Peyğəmbərimizin (s) səhabələrindən olan Əbu Dərda adlı birisi çox mömin və əməlisaleh adammış. İnancında o qədər möhkəmmiş ki, yuxudan sübh tezdən durar, azan verilməmiş məscidə gələr və ibadətlə məşğul olarmış. Məscidi də həminşə ən sonda tərk edərmiş. Quran oxumaqdan, Peyğəmbəri dinləməkdən də yorulmazmış. Amma günlərin birində o, səhər namazı bitən kimi Rəsulullah (s) və səhabələrlə xudahafizləşib, tələsik məscidi tərk etdi.
Sabahı gün eyni şey təkrar oldu. O biri günlər də onun kimi.

Onun bu hərəkəti hamını təəccübləndirmişdi. Amma heç kəs heç nə soruşmur, nə isə təcili bir işi olduğunu düşünürdü. Növbəti gün də o, sübh namazını biririb hər kəslə sağollaşdı. Elə getmək istəyirdi ki, Peyğəmbər (s) ondan nə baş verdiyini soruşdu:

-Ya Əbu Dərba, bir çətinliyin-filan yoxdur ki? Əvvəllər məscidə hər kəsdən əvvəl gələr, hər kəsdən sonra gedərdin. İndisə sübh namazını bitirər-bitirməz, məscidi tərk edirsən. Bunun səbəbi nədir?

Əbu Dərba: -Anam-atam sənə qurban, ya Rəsulullah (s), narahatçılıq üçün bir əsas yoxdur. Məsələ ondadır ki, qonşunun böyük bir xurma ağacı var. Ağac o qədər böyükdür ki, qol-budağından bəziləri bizim həyətə uzanır. Ağac yaxşı bar gətirib. Hər gün yetişmiş xurmalar həyətimizə düşür. Tələsirəm ki, tez evə gedib uşaqlar yuxudan durmamış onları yığıb, qonşunun həyətinə atım. Qorxuram belə etməsəm, uşaqlardan biri nəfsinə güc gələ bilməyə, o xurmadan yeyə və boğazından haram tikə keçə./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter