Hz Peyğəmbər (s) Allahdan həya etməyi hansı əməllərə bağlı olduğunu buyurur?!
Kim Allahdan həya edirsə Bir gün Rasulullah (s) minbərə çıxır və səhabələrə müraciət edərək buyurur:
- \"Allahdan həya edin!” Səhabələr dedilər: - \"Ya Rasulullah! Axı biz Allahdan həya edirik.”
Rasulullah (s) buyurdu: - \"Sizdən kimsə Allahdan həya edirsə heç bir gecə ölümü gözü önünə gətirmədən yatmasın,qarnına haram tikə qoymasın, zinadan çəkinsin, dilini, gözünü və qulağını haramdan qorusun, ölümü və öldükdən sonra çürüyəcəyini düşünsün, dünya zinətinə aldanmasın!/ehliwie-samux.