Elmİ kəşf və İxtİra müəllİflərİ qİyamət günü mükafatlandırılacaqmı?
Cavab: Bu mövzuda İslamın məntiqini açıqlamazdan qabaq, uyğun mövzu ilə bağlı bəzi baxışlara nəzər salaq:
1. Bəziləri təsəvvür edirlər ki, cəmiyyət üçün faydalı olan bütün əməllər Allah qarşısında dəyərləndiriləcək. Onların nəzərincə, cəmiyyətə xidmət baxımından müsəlmanlarla qeyri-müsəlmanlar arasında heç bir fərq yoxdur. Allah ədalətli olduğu üçün bəndələrinin xidməti arasında fərq qoymur. Onlar deyirlər ki, Allaha imanın, son Peyğəmbərə etiqadın yaxşı əmələ heç bir dəxli yoxdur. Bir iş cəmiyyətə xeyirlidirsə, onun mükafatı var. Bu işi görənin müsəlman və ya qeyri-müsəlman olması əhəmiyyətli deyil.
2. Başqa bir qrupun fikrincə, iman gətirməmiş insanın əməlləri puçdur və bu əməllər üçün mükafat nəzərdə tutulmur. Onlar belə düşünürlər ki, düzgün əqidədə olmayan insanın yaxşı əməlləri puç olasıdır.
Əslində isə bir-biri ilə ziddiyyət təşkil edən bu iki baxışın hər ikisi yanlışdır. Üçüncü bir baxış daha məntiqli görünür. Üçüncü baxışa əsasən bütün yaxşı işlərin iki yönümü var: 1. İnsanın özünə aid olan fərdi mənafe; 2. Bütün bəşəriyyətə aid olan ictimai mənafe.
Əgər alim və ixtiraçı üzücü zəhmətlərə dözüb, yenilik yaradarkən, məqsədi bu olarsa ki, şan-şöhrət qazansın və ya öz kəşfindən böyük gəlir götürsün, onun qiyamətdə heç bir mükafatı yoxdur. Çünki bu insanların məqsədi Allah və cəmiyyəti razı salmaq olmamışdır. Onlar yalnız şan-şöhrət və var-dövlət haqqında düşünmüş, gecə-gündüz tər axıdaraq, bu yolda çalışmışlar. Yox əgər alimin məqsədi bəşəriyyətə xidmət göstərmək, onlara xeyir vermək olmuşsa, onun Allah qarşısında mükafatı vardır. Allah adildir və bütün yaxşı işləri mükafatlandırır.
İslami hədislərdə oxuyuruq ki, heç bir səmavi dinə inanmamış, bütpərəst olmuş Hatəm Tai məhrumlara daim əl tutduğu üçün qiyamət günü münasib bir mükafat alacaqdır. Demək, alimin mükafatlandırılmasında onun niyyəti mühüm rol oynayır. Əgər o öz şəxsi mənafelərinə görə çalışmısa, qiyamətdə heç bir mükafatı yoxdur. Əgər alimi üzücü zəhmətlərə vadar edən, bəşəriyyətə xeyir vermək amalıdırsa, onun Allah dərgahında mükafatı var. Elə alimlər var ki, bəşəriyyətə qarşı təhlükəli silah hazırlamaq üçün onlara yaxşı pul verilsə, əvvəlki işlərini buraxıb uyğun cinayətə qatılarlar. Elə alimlərin Allahdan əvəz istəməyə haqqı yoxdur. Hətta pis niyyətlərinə görə onların cəzası daha da şiddətli ola bilər. Amma bəzi insanlar bəşəriyyətin xoşbəxtliyi xatirinə öz maddi mənafeyindən keçir. Şübhəsiz ki, cəmiyyətə xidmət üçün üzücü zəhmətlərə qatlaşan insanlar öz zəhmətlərinin mükafatını alasıdır.
Аyәtullаh Mәkаrim Şirаzi, Аyәtullаh Cәfәr Sübhаni