Quran oxunan zaman ona qulaq asmaq vacibdirmi?!
Quran oxunarkən ona hörmət olaraq qulaq asmaq, və danışmaqdan çəkinmək vacibdir:
1. Quran yazılarını murdarlamaq haramdır. Əgər onun yazıları murdarlanarsa, dərhal suya çəkilməlidir. Əgər Quranın yazı olmayan hissələri və cildi murdarlanarsa və bu murdarlıq Qurana hörmətsizlik sayılarsa, onu suya çəkmək lazımdır.
2. Bədənin istənilən bir yeri ilə Quran yazılarına, Allahın adlarına təharətsiz, dəstəmazsız toxunmaq haramdır.
3. Quran oxunarkən ətrafdakılarla söhbətdən çəkinmək, onu dinləmək lazımdır. Əgər həmin söhbət Qurana hörmətsizlik sayılarsa, caiz deyil. Amma Quran oxunan vaxt insandan bir söz soruşulsa, cavab verə bilər.