Ömər ibn Səəd kərbəlada törətdiyi cinayətlər hansı istəyinə görə idi?!


Kərbəla cinayətkarlarından olan Ömər ibn Sədin həyatından ibarətdolu dərs...

Kərbəla hadisəsində İmam Hüseynin (ə) düşmənlərində dünyapərəstlik və dünya məhəbbəti görsənməkdə idi!
Kərbəla hadisəsi göstərdi ki, hər nə zaman dünya məhəbbəti ortaya gələrsə haqq rəhbərlərlə düşmənçilik etmək öz zirvə həddinə çatar!

Dünyapərəstliyin bir nümunəsi isə məqampərəsətlikdən ibarətdir.
İmam Sadiq (ə) buyurur: “Hər kim məqampərəstlik arxasıyca olarsa həlak olmuşdur!”


Ömər Səəd də bu məqampərəstlik istəyinin qurbanlarından biri idi.

Dünyanın ən ziyankar ticarəti:
Ömər ibs Səəd İbn Ziyadın tərəfindən Rey şəhərinə hakim olaraq təyin olunmuşdur. Həmin vaxtda İbn Ziyada xəbər çatır ki, Hüseyn ibn Əli (ə) qiyam üçün Mədinədən hərəkət etmiş!

Ubeydullah ibn Ziyad dərhal İbn Sədə məktub yazaraq əmr edir:
Əgər Rey şəhərinin hakimiyyətini istəyirsənsə gərək Hüseyn ibn Əli (ə) ilə müharibəyə qalxasan.

Ömər ibn Səəd bu hadisə ilə razı olmadığını bildirərək İbn Ziyaddan bir gün düşünmək icazəsi istədi. Gecəni yaxınlarını toplayaraq məşvərət etdi. Qohumları onu bu işi görməkdən çəkinməyə dəvət etdilər.
İbn Səəd səhərə kimi düşünərək, İmam Hüseynlə (ə) müharibə etməyə hazır olduğunu bildirmək üçün İbn Ziyadın Kufədəki sarayına gedərək bu cümlələri şer olaraq zümzümə edərdi:
“-Rey hakimiyyətindən keçim ki, o mənim ən uca arzularımdan idi,
-ya qayıdım Hüseynlə müharibədən günahkar olaraq,
-Hüseyni öldürməkdə cəhənnəm vardır ki, onun qarşısında heç bir əməl dayana bilməz.
-Amma Rey hakimiyyəti mənim göz nurumdur!!”- ahlolbait


Ömər ibn Səəd İmam Hüseynə (ə) yad bir şəxs deyildi. O yaxşı bilirdi kiminlə müharibə edir. Amma elə məqampərəstliyə vurğun idi ki, tarixin ən böyük günahını özünə götürməyə hazır oldu.
Baxmıyaraq ki, ibn Səəd işin əvvəlində şübhəli idi, amma pislik səhnəsində zahir olmaqda cinayətkarların birinci sırasında dayanaraq ən pis günah mənzərəni yaratdı!!

-O əmr verdi ki, Peyğəmbər (s) Əhli-Beytinin (ə) ailəsinə suyu bağlasınlar.
-Eləcə də, onun əmri ilə Şəhidlərin ağası İmam Hüseynin (ə) şəhadətindən sonra o həzrətin bədəni üzərində at çapmağa başlasınlar!

Əhli-Beytə (ə) olan bütün o cinayətlərdən sonra belə Ömər ibn Səəd Rey hakimiyyətinə çata bilmədi!!
Şübhəsiz ki, tarixə nəzər saldıqda görürük ki, Ömər ibn Səəd tarixin ən pis alqı-satqısını etdi.
İmam Hüseyni (ə) şəhid edərək Reyin hakimiyyətinə çatmaq istədi ki, o arzusu da özü ilə torpaq altına getdi!
Ömər ibn Səəd dünya və axirət ziyankarların cərgəsində yer tutdu./sualcavab.ge





© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter