Niyə insan namazı tələsik qılmağa meyillidir?!
İnsan gərək yediklərinə, dediklərinə, eşitdiklərinə, qazancına, rəftarlarına və s. diqqət göstərsin. Baxsın görsün, hansı sözü eşidir və hansı sözü deyir. Yedikləri halaldır, yoxsa haramdır? Geyindiyi paltar şöhrət paltarıdır, yoxsa yox?
Bəzən insan dostları ilə saatlarla söhbət edir və yorulmur, ancaq elə ki, namaz üçün dayanır – Allahla söhbət etmək ona çətin gəlir. Çalışır namazını tez qılıb qurtarsın.
Bəs bu, niyə baş verir? Bunun səbəbi odur ki, bu insanın Allahla yaxınlığı yoxdur. İnsan özünə yaxın olmayan biri ilə danışan zaman həmişə çətinlik çəkər. Biz də baxmayalıyıq, görək Allahla nə qədər yaxınıq. Baxmalıyıq ki, Quran oxuyan zaman, namaz qılan zaman bizə çətindir, yoxsarahatlanır və şad oluruq.
Əgər insan elə paltar geyinər ki, başqalarının diqqətini cəlb etsin. Bu insan – xudbin insandır. Əgər insan dediklərinə diqqət etməsə və hər nə gəldi desə, o zaman Allah onun qəlbindən çıxar və o, Allahı unudar.
Əgər qəlb Allahı tanıyırsa, o zaman zehnində gözəl təəssüratlar yaranacaqdır. Bu səbəbdən Quran buyurur ki, əgər qəflətdən uzaq olmaq istəyirsənsə, Allahı yada sal.
Hər bir ibadətin hədd və hesabı vardır. Ancaq Allahı zikr etməyin həddi yoxdur. O kəs ki, Allahı çoxlu yada salar – onun üçün Allahı yada salmaq mələkə halını alar. Bu zaman həm ibadət zamanı başa düşər ki, Allahla söhbət edir və həm də ibadətdən xaricdə Allahı yada salar.
Beləliklə belə nəticəyə gəlib çatırıq ki, namazda qəlb hüzuruna malik olmaq istəyiriksə, gərək Allahı zikr etməyi unutmayaq. Hər zamana Onu yada salmağa çalışaq. Nəinki ancaq namaz vaxtı Allahı yada salaq.
Bunun üçün zəhmət çəkmək və çalışmaq lazımdır. Həmçinin bilməliyik ki, Uca Allah, Onun yolunda səy edənlərin mükafatını lazımlı qədər verir. Özü bizə bu yolda yardım edir. Əgər biz Allaha tərəf bir addım atsaq, O, bizə tərəf on addım atar. “Ey iman gətirənlər, Allahı çox zikr edin!”. (“Əhzab” 41).
Bilməliyik ki, namazı tez qılmağımıza meylin səbəbi – Allahla az ünsiyyətdə olmağımız və gün ərzində Uca Rəbbimizi az yada salmağımızdır.
Gərək çoxlu zikr və təfəkkür edək ki, Allahı tanıyaq. Əgər Allahı tanısaq, Onunla ünsiyyətdən doymayacağıq./Deyerler.