Müaviyə tərəfindən cümə namazlarında İmam Əli (ə) nifrin və lənət oxuma bidətini kim və nə səbəblə yığışdırdı?!
Bir müəllimin təsir şüası - Burada belə bir sual irəli çıxır ki, Ömər ibn Əbdüləzizin bu işdən (Həzrət Əli əleyhissəlamı söyməyi qadağan etməkdən) məqsədi nə olmuş və nəyə görə Əməvi xəlifələri arasında məhz o bu işə əl atmışdır?
Sualın cavabı budur ki, Ömər ibn Əbdüləzizin uşaqlıq illərində zahirən iki kiçik hadisə onun ümumi fikirlərini tə’sir altına almış və fikir yolunu dəyişmişdir. Onun hakimiyyət dövründəki bu böyük iş əslində oradan nəş’ələnmişdir.
Birinci hadisə Ömər ibn Əbdüləzizin Übeydullah adlı Allahı tanıyan, agah və imanlı bir kişinin yanında dərs öyrəndiyi vaxt baş vermişdir. Bir gün Ömər Bəni-Üməyyədən olan öz tay-tuşları ilə birlikdə oynayırdı. Uşaqlar oynaya-oynaya öz adət-ən’ənələrinə sadiq qalıb kiçik bir bəhanə taparaq Əli əleyhissəlamı lə’nətləyirdilər. Ömər də onlara qoşulub Həzrət Əli əleyhissəlamı söyürdü. Elə bu vaxt onun müəllimi uşaqların yanından keçərkən onun da digər uşaqlar kimi Əli əleyhissəlamı söydüyünü eşitdi. Ağıllı müəllim heç bir söz deməyib məscidə getdi. Dərs vaxtı çatanda, Ömər də məscidə getdi. Müəllim onu görcək namaz qılmağa başladı.
Ömər bir qədər oturub gözlədi ki, müəllim namazı qurtarsın. Ancaq müəllim namazı həmişəkindən bir az çox uzatdı. Azyaşlı şagird başa düşdü ki, müəllim ondan inciyib və namaz bir bəhanədir. Müəllim namazı qurtardıqdan sonra qəzəb dolu baxışla ona baxıb dedi: \"Haradan bilirsən ki, Allah Bədr döyüşündə və Hüdeybiyyə sülhündə iştirak edənlərdən razı qaldıqdan sonra onlara qəzəb etmiş və onlar lə’nətə layiq olmuşlar?”
Ömər: \"Bu barədə mən bir şey eşitməmişəm.”
— \"Bəs nəyə görə Əli əleyhissəlamı lə’nətləyirsən?”
— Tutduğum işdən üzr istəyir, Allah dərgahına tövbə edib söz verirəm ki, bir də belə iş görməyəcəyəm.
Müəllimin məntiqli və tə’sirli sözləri öz işini görərək Ömər ibn Əbdüləzizə çox böyük tə’sir bağışladı. Ömər o gündən e’tibarən söz verdi ki, bir daha Əli (əleyhissəlam) üçün nalayiq sözlər deməyəcək. Ancaq o, küçə və bazarda, uşaqlarla oynayanda, eşidirdi ki, camaat çəkinmədən Əli əleyhissəlamı lə’nətləyir.
İkinci hadisə Öməri öz sözünün üstündə durmağa daha da vadar etdi./ehliwie-samux.