İmam Baqir (ə) onun zəhmətkeşliklə qazanmasına etiraz edən şəxs necə cavab verdi?!
Zəhmətkeşlik - Məhəmməd ibn Münkədər deyir: Əli ibn Hüseynin oğlu Məhəmməd ibn Əlini görənə qədər düşünməzdim ki, onun özündən üstün bir canişini olsun. Onunla görüşdə nəsihət vermək istədim. Amma o mənə nəsihət verdi.
Çox isti saatlarda Mədinə ətrafına getmişdim. İmam Baqiri (ə) qan-tər içində işləyən gördüm. Öz-özümə dedim ki, sən Qüreyşin böyük şəxsiyyətinə bax! Günün isti saatlarında dünya dalınca qaçır! And içdim ki, ona nəsihət verəcəyəm. Yaxınlaşıb salam verdim. Tövşüyə-tövşüyə salamımı aldı. İstinin təsirindən üz-gözündən tər axırdı. Ona dedim ki, Allah işini avand etsin, Qüreyşin belə bir böyük insanı günün istisində dünya üçün çalışır? Məgər belə bir məqamda ölüm özünü yetirsə, nə edəcəksən?
İmam buyurdu: \"And olsun Allaha, belə bir halda dünyadan getmiş olsam Allaha itaət halında getmişəm. Belə bir gedişlə vücudumu səndən və cammatdan hifz etmiş olaram. Ölümdən o vaxt qorxaram ki, günah halında səni yaxalasın.” Dedim: Allah sənə mərhəmət buyursun! İstədim sənə nəsihət verəm, sən mənə nəsihət verdin!/ehliwie-samux