Nə üçün İmam Səccad (ə) Şam əsirliyindən qayıdandan sonra Yəzidə qarşı qiyam etmədi?!


İmam Səccad əleyhissəlamın dövrünün siyasi aləmi bir az aydın olduqdan sonra o Həzrətin nəyə görə qiyam etməməsini çox yaxşı başa düşmək olar. Cəmiyyət arasında hökm sürən qorxu diktatura və zalım Əməvi hökumətinin camaat üzərindəki güclü nüfuzu hər hansı bir hərəkat və silahlı mübarizəni məğlubiyyətə məhkum edirdi. Hətta kiçik hərəkatlar belə Əməvi casuslarının gözündən qaçmırdı. Necə ki bir gün Əbdülməlikin Mədinədəki casusu ona xəbər verdi ki Əli ibn Hüseyn əleyhissəlamın (İmam Səccadın) bir kənizi var idi. O kənizi azad etmiş sonra isə onunla evlənmişdir.

Əbdülməlik İmam Səccad əleyhissəlama yazdığı məktubda bu işi İmam (əleyhissəlam) üçün nöqsan saymış və etiraz etmişdi ki nəyə görə İmam özünə tay olan bir qüreyşli qadınla evlənməmişdir? İmam Səccad (əleyhissəlam) onun cavabında yazdı: \"Peyğəmbərdən böyük və üstün bir şəxs yox idi. O öz kənizi ilə evlənmişdi. Allah hər bir kiçikliyi İslamın sayəsində ucaldır və hər bir nöqsanı İslam vasitəsi ilə aradan qaldırır. Hər bir alçaq şəxs İslam sayəsində əzizlənir. Müsəlman olan heç bir şəxs alçaq deyil. Alçaqlıq ancaq cahiliyyət alçaqlığıdır.”

Əbdülməlik bununla bildirmək istəyirdi ki İmamın hər bir işi hətta onun daxili və şəxsi işləri belə onun nəzarəti altındadır. Belə bir şəraitdə qiyam etmək necə mümkün ola bilər? Sanki İmam Səccad (əleyhissəlam) bu acı və dözülməz şəraiti duymuş və öz duasında Allah dərgahına belə buyurmuşdur: \"Nə çox düşmənlər vardır ki düşmənçilik qılıncını mənə qarşı sivirmiş qılıncının və nizəsinin ucunu mənə vurmaq üçün itiləmişlər.

Məhvedici zəhərlərini mənə içirtmək üçün piyaləyə tökmüş məni öz oxlarının hədəfi qərar vermiş və pusqu gözləri məni güdmək üçün yatmamışdır. Onlar hazırlaşmışlar ki öz zərbələrini mənə vurub zəhərlərini mənə içirsinlər.
İlahi çətinliklər və ağır əziyyətlər müqabilində gücsüzlüyümü mənimlə döyüşmək istəyənin müqabilində acizliyimi mənimlə düşmənçilik edib məni tora salmaq üçün pusquda olanların çoxluğu qarşısındakı təkliyimi nəzərə alıb mənə kömək etməyə başladın və mənə qüvvət verdin.”/ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter