İmam Səccad (ə) insanlara xidmət etmək üçün özünün kimliyini gizlədərdi!!
İmam Sadiq (ə) buyurur: Əli ibn Hüseyn daim onu tanımayanlarla səfərə çıxar və şərt kəsərdi ki, ehtiyacları olduğu vaxt onlara kömək edəcək.
Bir dəfə səfərdə olarkən onu tanıyan kişi ətrafdakılara dedi: \"Bilirsinizmi o kimdir?” Dedilər ki, yox. Dedi: \"Bu Əli ibn Həsəndir.”
Adamlar İmamın üstünə yüyürüb onun əlindən və ayağından öpdülər və dedilər: \"Ey peyğəmbər oğlu! İstəyirsən dilimizdən-əlimizdən əziyyət görüb cəhənnəmə daxil olaq? Əgər xəbər tutmasaydıq bədbəxt olardıq! Nə üçün bu sayaq səfərlərə çıxırsan?”
İmam buyurdu: \"Bir dəfə məni tanıyanlarla səfərə çıxmışdım. Peyğəmbərə xatir mənimlə elə rəftar etdilər ki, mən o rəftara layiq deyildim. Qorxdum ki, siz də belə edəsiniz. Ona görə də kimliyimi bilməməyiniz daha məsləhətli oldu.”