Həyat yoldaşına yardım etməyin savabı haqda hədis...


İmam Əli (ə) buyurur: “Bir gün Peyğəmbər (s) bizim evə gəlmişdi və Fatimeyi-Zəhra (s.ə) qazanın kənarında əyləşmişdi. Mən də mərcini təmizləməklə məşğul idim. Peyğəmbər (s) məni qızına yardım edən halda görəndə sevindi və buyurdu: “Ey Əbul Həsən!”. Ərz etdim: “Ləbbeyk, ya Rəsulallah!”.

Buyurdu: “Sənə deyəcəyim sözlərə qulaq as, mən hər nə deyirəmsə, Allahımın əmridir. “Heç bir kişi evdə xanımına yardım etməz, məgər o halda ki, onun üçün bədənində olan tüklərin sayı qədər bir ilin ibadəti yazılar”. Baxın görün ətrafımıza nə qədər savab tökülübdür, ancaq biz çox vaxt onları toplamırıq! /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter