Aşura günü İmam Huseyn (ə)-ın son sözləri nələr oldu?!
İzzət yalnız Allaha, Onun Peyğəmbəri (s)-ə və möminlərə məxsusdur. (Munafiqun surəsi, ayə 8)
Allahın Rəsulu (s) buyurubdur: Qeyrət imandandır. (Mən-la-yəhzuruhul-fəqih, cild 3, səh. 444)
Həqiqətən Allah taala öz bəndələrindən qeyrətlisini çox istəyir. (Mizanul-hikmət, cild 7, səh. 357)
Düşmən qoşunundan bəzisi İmam Hüseyn (ə)-ın şəhid olmasını güman edib xeymələrə hücum etmək istədikdə İmam (ə) fəryad edib buyurdu:
Əgər dininiz yoxdursa və qiyamətdən qorxmursunuzsa heç olmasa dünyada qeyrətiniz olsun.
(Bihar, cild 45, səh. 49)
Aşura günü İmam Hüseyn (ə) düşmən qarşısında şücaətlə belə buyurdu: «Yox! And olsun Allaha! Nə (zilləti qəbul edib) zəlillər kimi sizə təslim olaram, nə də qullar kimi qarşınızdan qaçaram.» (Əl-irşad, səh. 235)
Aşura günü İmam Hüseyn (ə) düşmənlərin müqabilində bu şüarı şücaətlə buyurub: «Heyhat-heyhat, alçaqlıq və zillət bizdən çox-çox uzaqdır.»
(Tühəful-uqul babu hikəmil İmam Hüseyn (ə)) Ölüm alçaqlıqdan yaxşıdır. (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
İmam Hüseyn (ə) buyurubdur: İzzətlə ölmək zillətlə yaşamaqdan yaxşıdır. (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
Həqiqətən mən ölümü səadət və zalımlarla yaşamağı alçaqlıqdan başqa bir şey bilmirəm. (Mənaqibi İbni Şəhri Aşub, cild 4, səh. 68)
İmam Hüseyn (ə) buyurub: Mənimşənim ölümdən qorxan adamın şəni kimi deyil. (Ehqaqul-həqq, cild 11, səh. 601)
Başqa bir yerdə buyurub: Məni ölümlə qorxudursunuz? Afərin! Allah yolunda ölümə. (Əyanuş-şiə, cild 1, səh. 581)
On birinci əsrin şairlərdən biri İmam Hüseyn (ə)-ın dilindən belə söyləyir: \"Əgər Məhəmməd (s)-in dini mənim ölümümlə qalarsa, ey qılınclar doğrayın məni!”
(Mosuətu kəlimatul-İmam Hüseyn (ə), səh. 445)
Peyğəmbəri Əkrəm (s) buyurub: «Hər kəs öz meyli ilə zilləti qəbul etsə, biz Əhli-beytdən deyil.»(Bihar, 74-cü cild, səh. 162
Aşura günü İmam Hüseyn (ə) buyurub: «Mənə kömək edəcək bir köməkçi varmı? Mənə yardım edəcək bir yardımçı varmı? Peyğəmbərin itərtindən (Əhli-beytindən) müdafiə edəcək bir müdafiəçi varmı?»
(Bihar, 45-ci cild, səh. 46)
Sevdiyiniz şeylərdən (Allah yolunda) ehsan etməyincə həqiqətə və yaxşılığa çatmazsınız.
(Ali-İmran surəsi, ayə 92)
Aşura günü İmam Hüseyn (ə) buyurub: «Pərvərdigara, Sənin qəza-qədərinə razıyam və Sənin əmrinə təsliməm. Səndən başqa məbud yoxdur, ey fəryad edənlərin fəryadına yetəni.» (Məqtəlul-Huseyn (ə), 283)
Şair nə gözəl deyib: Hökm et, ey mənim Pərvərdigarım, hər necə ki, istəyirsən, Həqiqətən razıyam o şeyə ki, sən ona razısan. (Camiul-müqəddimat, 1-ci cild, səh. 30)
Ya həmidu bihəqqi Muhəmməd, ya ali bihəqqi Əli, ya fatiru bihəqqi Fatimə, ya muhsinu bihəqqi-l-Həsən, ya qədimə-l-ehsan bihəqqi-l-Hüseyn.
«Sonra Adəm peyğəmbər həzrəti Cəbrail (ə)-dan soruşdu ki, niyə axırıncı ada yetişdikdə qəmgin oluram? Həzrəti Cəbrail (ə) İmam Hüseyn (ə)-ın Kərbəladakı müsibətini ona xəbər verdi.» (Nəfəsü-l-məhmum, səh. 22)
«Məryəm» surəsinin müqəttəə hərfləri barəsində nəql olunubdur ki, «كاف» «kaf» Kərbəlaya, «هاء» «ha» həlakətə, «ياء» «ya» Yəzidə, «عين» «əyn» Hüseynin ətəşinə (susuzluğuna), «صاد» «sad» Hüseyn ibni Əlinin (ə) səbrinə işarədir.
Həzrət Əli (ə)-ın məktəbinin yetirməsi olan həzrət Zeynəb (s)-ın böyüklüyü, imanının gücü, öz xaliqinə müti olmağı o dərəcəyə yetişmişdi ki, Aşura günündə isti Kərbəla çölündə tikə-tikə doğranmış əziz və istəkli qardaşının başı üzərində duraraq öz Allahına xitab edir:
İlahi bizdən bu qurbanı qəbul et. (Həyatu-l-İmamu-l-Hüseyn (ə), cild 2, səh. 301)
İbni Ziyad Kufədə küdurət və qəzəblə həzrət Zeynəbi-Kubraya (s) dedi: Allahın əmri və işini qardaşın və ailənlə necə gördün?
İmam Hüseyn (ə)-ın məktəbinin davamçısı olan həzrəti Zeynəb (s) İbni Ziyadın sözünün qarşısında belə buyurdu:
Mən gözəllikdən başqa bir şey görmədim. (Bihar, cild 45, səh. 116)
Mənbə: \"İmam Huseyn (ə) barəsində hədislər\" kitabı