Namaz qılanın paltarı üçün deyilən 8 müstəhəb əməllər hansılardır?!


İmam Sadiq (ə) buyurdu: “Ən yaxşı geyim odur ki, səni Allahı xatırlamaqdan qafil etməyə və səni başqasına çəkməyə səbəb olmaya. Bəlkə o paltar yaxşıdır ki, səni şükrə, zikr və itaətə həvəsləndirə.” Mənbə: Misbahuş-şəriə, 7 ci bab, geyim bölümü.

İslam şəriətinə əsasən namaz qılan şəxsin paltarında bu məsələlərə diqqət yetirməklə ibadətin savabını bir neçə dəfə artırmaq mümkündür:

1-Namaz qılan şəxsə müstəhəbdir ki, ibadətə dayandığı zaman ağır və vüqarlı geyimlərdən istifadə etsin!

2-Müstəhəbdir ki, namaza duran şəxs getimdə pambıq və kətan parçalardan tikilmiş paltarlardan istifadə etsin!

3-Müstəhəbdir ki, namaz qılan şəxs ibadətə dayanan zaman ağ və ən yaxşı paltarını geyinsin!

4-Müstəhəbdir ki, namaz qılan şəxs ibadətə duran zaman əba geyinərək əlinə də əqiqdən düzəlmiş üzük taxsın!

5-Müstəhəbdir ki, namaza duran şəxs iyili ətirlərdən istifadə etsin! Necə ki, İmam Sadiq (ə) buyurur: “Xoş iyi ilə qılınan namaz ətir vurmadan qılınan yetmiş rəkət namazdan üstündür.

6-Müstəhəbdir ki, namaz qılan şəxs qara paltarlardan istifadə etməsin, yalnız əba və əmmamə...

7-Müstəhəbdir ki, namaz qılmağa hazırlaşan şəxs paltar geyinib-soyunmaq istərsə “Bismillahir-Rəhmanir-Rəhim”- desin.

8-Müstəhəbdir ki, namaz qılan şəxs daimi yaşadığı məntəqədə namaz üçün xüsusi yer, səccadə və xalça yeri təyin etsin.

Mənbələr:
1-Tövzihul-Məsail, məsələ-864
2-Məkarimul-Əxlaq, səh-22
3-Səvab əl-Əmal, səh-62.
4-Ən-Nəzid, cild-2, səh-114
5-Əsrarus-salat, Mirzə Cavad Təbrizi, səh-125\\ namaz.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter