Məzarlığa gedərkən niyə məzarın üzərinə su tökürlər?
Dəfnin müstəhəb əməllərindən biri də budur ki, dəfndən sonra qəbrin üzərinə su töksünlər. Suyu qəbrin baş tərəfindən tökərək ayaq tərəfinə gəlir və dövrə üzrə yenə baş tərəfinə qayıdırlar. Suyun artıq qalanını isə qəbrin ortasına tökürlər. \"Füru-ül-Kafi”də (cild 3, səh.200)
İmam Cəfər Sadiqdən (ə) buyurulub ki, qəbrin torpağı nə qədər ki yaşdır, ölünün əzabı təxirə salınar. Buna görə dəfndən sonrakı 40 gün ərzində qəbrin üzərinə su tökmək müstəhəb sayılıb. Müstəhəbdir ki, su tökəndən sonra orada olanlar üzü qibləyə durub əllərini qəbrin üzərinə qoysunlar, barmaqlarını aralı tutub torpağa batırsınlar, yeddi dəfə Qədr surəsini oxuyub, mərhumun ruhuna rəhmət diləsinlər, sonra bu duanı desinlər: \"Allahummə cafil-ərzə ən cənbey hi və əsid ileykə ruhəhu və ləqqihi minkə rizvana. Və əskin qəbrəhu mun rəhmətikə ma tuğnihi bihi ən rəhməti mən səvak”. (İlahi, torpağı bu mərhumun bədənindən təmizlə, yəni bədənini çürütmə, onun ruhunu Öz dərgahına yüksəlt, ona Öz razılığını təlqin et. Onun qəbrinə Öz mərhəmətini sakin et. Elə bir mərhəmət ki, daha Səndən başqasının mərhəmətinə ehtiyacı olmasın).
Rəvayət var ki, Peyğəmbər (s) bunu yalnız öz qohumlarının (yəni Bəni-Haşimdən olanların) qəbri üzərində edərdi. Hətta Mədinəyə gələn qərib adamlar Bəqi məzarlığında, üzərində əl izi olan qəbir görsəydilər, bilərdilər ki, bu qəbir təzədir və Bəni-Haşimə məxsusdur.ehliwie-samux.