Qurani Kərimdə Həzrəti Süleyman (ə) Kraliçça Bulqeysin macəraları bizə nə öyrədir?
Cavab: Qurani-kərim«Nəml» surəsinin16-43-ca ayələrində Süleyman haqqında buyurur:
«Biz Davuda və Süleymana elm verdik...». «Süleyman Davuda vərəsə oldu və dedi:«Ey insanlar bizə quş dili öyrədildi...».....
Maraqlıdır ki, Süleymanın macərasını ətraflı şəkildə bəyan edən Qurani-kərim, insanların diqqətini nəyə yönəltmək istəyir? Təfsirçilər uyğun macəradan aşağıdakı göstərişləri nəticə çıxarırlar:
1. Hökumət rəhbəri öz ətrafına o qədər diqqətli olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;
2. Bir nəfərin səhvə görə cəzalandırılmaması, başqalarınıda doğru yoldan azdırır. Rəhbər buna yol verməməlidir;
3. Cəzalandırılacaq şəxsə özünü müdafiə etmək üçün şərait yaradılmalıdır;
5. İstər rəhbər, istər adi fərd, dəlil və məntiqə tabe olmalıdır;
6. Cəmiyyətdə azadlıq elə bir səviyyəyə çatmalıdır ki, adi fərd hökumət başçısına sözünü deyə bilsin;
7. Kimsə öz biliyi ilə kifayətlənməməlidir;
8. Cəmiyyətdə idarəçiliyin mürəkkəbliyi və Süleyman kimi qüdrətli padşahın adi bir quşa möhtac ola bilməsi unudulmamalıdır;
9. Qadın öz zərif təbiəti ilə hökumət başçılığına qadir deyil;
10. Millət, adətən, rəhbərin dinində olur.