Qəbİrlər barədə zİddİyyətlİ vəhhabİ mövqeyİ
Özünü əhli-sünnə vəl cəmaət adlandıran bir qrup insanın şiələrə qəbirləri ziyarət, qəbir üzərində tikili qurmaq mövzularında irad tutmalarının tez-tez şahidi oluruq. Fikirlərini əsaslandırmaq üçün də bir neçə hədisə istinad edirlər.
İmam Müslimin rəvayətində Cabir ibn Abdullah belə deyir: “Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) qəbirlərin üstünü bərkitməyi, onların üzərində oturmağı və tikili qurmağı qadağan etmişdir.”
İmam Buxari və Müslimin “Səhih” adlı əsərində Aişədən belə rəvayət olunur: “Ümmü Sələmə Həbəşistanda gördüyü məbədi Allah Elçisinə (s) təfərrüatı ilə danışdı. O isə buyurdu: “Həmin insanlar arasında əməlisaleh kişi və yaxud əməlisaleh qul ölərdisə, onların qəbirləri üzərində məsçidlər tikər, üstünə şəkillər çəkərdilər. Belə insanlar Allah qatında yaradılanların ən pisləridir.”
Öz gözlərində tiri görməyən bu firqənin nümayəndələrinin özgə gözündə çöp axtarmağı gülünc görünür. Aşağıdakı şəkillərdə əhli-sünnənin dərin hörmət bəslədiyi şəxslərin qəbrlərini görəcəksiniz.
1. Xalid bin Vəlid
2. Müaviyə bin Əbu Süfyan
[/img][/center]
3. Əbu Hüreyrə
[/center]
4. Mühəmməd bin İsmayıl Buxari
5. Əbu Hənifə
[/center]
6. İbn Teymiyyə
[/center]
İmamlarımızın qəbirlərini, türbələrini bombalayan vəhhabi fitnəkarları öz şeyxlərinin qəbirlərini niyə diqqətdən kənar saxlayırlar?
(İbn Teymiyyənin şagirdi) İbn əl-Qəyyim deyir: «Məzarlar üzərində inşa edilən tikililər bütləri təmsil edir və pərəstiş olunurlar. Bu növ tikililəri uçurmaq vacibdir. Uçurulmasına imkan olduğu təqdirdə onları bir gün belə saxlamaq düzgün deyil. Çünki onlar, «Lat» və «Uzza»ya (cahillik dövrünün iki ən böyük bütü) bənzəyir və ən böyük şirkdir».
Kimi gözləyirlər ki? Kim, yaxud nə mane olur onlara Müaviyənin, Xalid b. Vəlidin qəbirlərini uçurmağa?
İraqın Samerra şəhərində İmam əl-Həsən əl-Əskərinin (ə) qəbrinin hücumlara məruz qalması
[/center]
Görəsən, bu vəhhabi fitnəkarları Əhli Beyt (ə) sevgisindən danışarkən nə düşünürlər? Əbu Hənifənin, Buxarinin və yüzlərlə digərlərinin qəbirlərini də bombalamaq fikirlərindən keçirmi? Yoxsa, ikili standartların təkmilləşdirilməsi üzrə daha da çox baş sındırırlar?
Bəqi qəbristanlığındakı İmamlarımızın (ə.s) və peyğəmbərin əmisinin qəbrləri. Vəhhabi vandallığından əvvəl və sonra.
[/center]
Allah insaf əhlinə vəhhabi fitnəsinin təsirindən çıxmaqda yardımçı olsun və bizləri bu fitnədən qorusun.