Nə üçün sünnilər namazda həmd və surənin əvvəlində \"bismillahir-rəhmanir-rəhim” demir və ya asta deyirlər?
Sual 10: Nə üçün sünnilər namazda həmd və surənin əvvəlində \"bismillahir-rəhmanir-rəhim” demir və ya asta deyirlər?
Cavab: Şiələrin əqidəsinə görə, \"Bismillahir-rəhmanir-rəhim” Quran surələrinin tərkib hissəsidir. \"Tövbə” surəsindən başqa bütün surələr \"bismillahir-rəhmanir-rəhim”lə başlayır. Əgər həmd və surəni \"Bismillahir-rəhmanir-rəhim”siz başlasaq, surə natamam olar.
Bu məsələdə sünnilərin bir qismi şiələrlə həmfikirdirlər. Sünnilərin bəziləri isə yalnız \"Nəml” surəsinin \"Bismillahir-rəhmanir-rəhim”lə başladığını qəbul edir. Malikilər isə belə düşünürlər ki, ümumiyyətlə, namazda \"Bismillahir-rəhmanir-rəhim” deyilməməlidir.
(\"Misbahul-munir”, Həmd surəsinin təfsiri.) Beləcə, dörd sünni məzhəbini təşkil edən malikilər uyğun ifadəni namazda işlətmir, hənəfilər ya demir, ya da astadan deyir, şafeilər ucadan deyir, hənbəlilər ucadan demirlər.(\"Səhihe-Müslim”, namaz kitabı, s.204) Belə bir nəticəyə gəlirik ki, sünnilər arasında namaz qılarkən \"bismillahir-rəhmanir-rəhim” demək təqiyyəyə zidd deyil.
Kitabın adı: Vəhhabi suallarına cavablarımız.-Müəllif: Əli Ətai İsfahani