İslamda ölüyə Quran və yaxud ona Yasin surəsini oxumaq düzgündürmü?!
Cavab: Biz bu suala məşhur əhli-sünnə alimlərinin topladığı hədislərlə cavab versək daha məqsədə uyğun heab edirik.
1-Məhəmməd Həqqi həzrətləri \'\'Sirlər Xəzinəsi\'\' kitabında (\'\'Hazinətül-Esrar\'\' tərcüməsi Türk dilində səh.578) Tirmiz Mekat ibn Yaşardan nəql edir ki, (1038-ci hədis) Peyğəmbər(s) buyurub: \'\'Yasin\'\' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.\'\'
2-\'\'İslami həqiqətlər\'\' kitabında Əhməd Salman (360-cı səhifə, türk dilində) Buxari ibni Ömərdən, Təbəri Əbu Hüreyradan nəql edir ki, (1040-cı hədis) Peyğəmbər(s) buyurub: \'\'Gecə sırf Allah rizası üçün \'\'Yasin\'\' surəsini oxuyan kimsənin günahları bağışlanar. O halda bu surəni ölülərinizə də oxuyun.\'\'
3-Əbu Bəkirdən və ibni Abbasdan rəvayət edilmişdir ki, (\'\'Ruhil-bəyan\'\' təfsiri \'\'Dörd səhih hədis\'\' kitabı Əbu Hüreyradan, 1044-1066-cı hədis) Peyğəmbəri Əkrəm buyurub: \'\'Qəbristanlığa girib \'\'Yasin\'\' surəsini kim oxuyarsa, mütləq o gün üçün o qəbirdəkilər həfiflənmiş (admin: əzab qəbr əhlinin üzərindən götrülər) olarlar. Oxuyana da oradakı ölülər sayısınca savab verilər.\'\'
P.S: Əhli-sünnə alimlərinin topladığı hədislərdən aydın olur ki, ölüyə və qəbirstanlıqda \'\'Yasin\'\' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır və günahları bağışlanır.http://ehliwie-samux.