Sahibi də məlum olmayan və haram yoldan əldə edilmiş pulun xumsu tez bir şəkildə ödənməlidirmi?


Cavab. Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haram yol ilə əldə edilən pul əldə edənin şəxsi malikiyyətində deyil. Öz əsas maliki və ya maliklərinə qaytarılmalıdır. Əgər bu mümkün deyilsə, məchulul-malik, yəni sahibi məlum olmayan hökmündədir.
Bir sıra təqlid mərcələrinin bu barədə fətvalarını sizə çatdırırıq:

Ayətullah əl-üzma Sistani:
O pulun hamısını seyid olmayan dindar fəqirlərə sədəqə versin, xümsu yoxdur.

Ayətullah əl-üzma Safi Gülpayqani:
Məchulul-malik hökmündədir və xumsu yoxdur. Gərək sahibinin tərəfindən seyid olmayan fəqirlərə sədəqə versinlər.

Ayətullah əl-üzma Nuri Həmədani:
Sual fərzində qeyd edilən məbləğ gərək rəddi-məzalim ünvanı ilə ödənilsin (yəni müctəhidin icazəsi ilə sahibi tərəfindən fəqirə sədəqə verilsin).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter