Bu günün işini niyə sabaha saxlamaq olmaz?
İnsan elə bir varlıqdır ki, heç bir zaman ölüm barəsində düşünmür. Düşünmür ki, mənim zamanım nə qədər qalıbdır.
Ona görə də görməli olduğu işlərini sabaha və sonrakı günlərə, aylara saxlayır. Elə bilir ki, sabah sağ qalacaqdır. Ancaq ölüm haqdır və hər an insanı öz caynağına alıb apara bilir. Ölümü yaddan çıxardan insanlar – qafil insanlardır. Ona görə də bu günlə yaşamaq lazımdır.
İnsan etməli olduğu işləri bu gün yerinə yetirməlidir, sabaha ümid yoxdur. Çünki heç kəs deyə bilməz ki, mən sabah sağ olacağam. Bunu Allahdan başqa heç kəs bilmir.
Bu günün fürsətlərini əldən vermək – ağılsızlıqdır. Hər kim bu fürsətləri əldən verərsə, yeni fürsətlər əldə etmək ehtimalı azalar. Çünki fürsətlər bulud kimidir, gəlib keçərlər. Onları saxlamaq olmur.
Ayətullah Haqşinas buyurur: “Ömrünüzün qalan hissəsini dərk edin. İşlərinizi sabaha saxlamayın. Elə həmin bu gün, bu axşam yerinə yetirin. Mən də gərək keçmişdəkilərimin əvəzini verəm”. (Tebyan)
İmam Əli (ə) buyurur: “O şey ki, ömründən qalıbdır – dərk et və demə: “Sabah və birisi gün”. Çünki səndən əvvəlkilər arzularına söykəndikləri, bu gün və sabah dediklərinə görə həlak olublar. Çünki Allahın əmri ilə bu qafillərin ani ölümü gəlib çatıbdır”./Deyerler.