Xristian dinində hicab varmı?


İlahi dinlər əhkam və fitri cəhətdən bir-birinə yaxın olduğu üçün vahid hədəfə malikdir ki, o da insanı kamala çatdırmaqdır. Xristian dinində də başqa dinlərdə olduğu kimi, hicab vacib buyurulmuşdur.

Xristian alimlərindən olan Corc Zeydan deyir: “Əgər hicabda məqsəd bədəni örtməkdirsə, bu vəziyyət İslam dinindən əvvəl və hətta xristian dinindən əvvəl də adi hal idi. Onun təsirləri indi də Avropada qalmaqdadır”.

Xristian dini hicabı nəinki qadağan etmədi, əslində onun şərtlərini daha da sərtləşdirdi. Xristian dini qadınları fəsaddan qorumaq üçün və cinsi təhrikləri aradan qaldırmaq üçün hicabı vacib buyurmuş və qadının bəzənməsini qadağan etmişdir.

Bu haqda İncildə deyilir: “Həmçinin qadınlarınızı həyalı paltarlar ilə bəzəyin, nəinki qızıl, mirvari və bahalı şeylərlə”.

“Ey qadınlar! Ərlərinizə itaət edin. Zahiri zinətə əlaqə göstərməyin. Saçlarınızı hörməyə, qızıla və paltar geyinməyə (bahalı) meyillənməyin. Bəlkə fasid olmayan paltarda batini qəlb insaniyyəti, Allah yanında daha dəyərlidir”.

Həzrət İsa (ə) buyurur: “Qadınlara baxmaqdan çəkinin. Çünki qəlbdə şəhvəti cücərdər. Elə bircə bu, baxan insanda fitnə yaratmağa kifayət edər”.
Həvarilər və onlardan sonra Roma Papaları qadınları hicab taxmağa və bəzənməkdən uzaq olmağa dəvət edərdilər.

“Qadın və azadlıq” kitabının milliyətcə ingilis olan müəllifi yazır: “Qadın gərək kamil hicabda olsun. Qadın gərək üzünü elə hala salmasın ki, başqaları ona baxanda günaha batsınlar. İnanclı qadın üçün layiqli deyildir ki, naməhrəmlər yanında zinətlənsin. Hətta təbii gözəlliyini belə gizlətməlidir. Çünki ona baxanlar üçün təhlükəlidir”. (Həvzəh)

Beləliklə deyə bilərik ki, hicab xristian dinində də vacib buyurulmuş əməllərdən olmuşdur. Xristian dini də İslam dini kimi qadınları iffətə və həyaya dəvət etmişdir.

Təəssüf ki, xristian dini daşıyıcıları tədricən bu İlahi hökmü itirmiş, yalnız rahibələr səviyyəsində saxlamışlar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter