İnsan yalnız Allahın bəndəsİdİr. Nİyə sİz Əbdülhüseyn, Əbdüləlİ, Əbdürrəsul adları qoyursunuz?


Sual: İnsan yalnız Allahın bəndəsidir. Niyə siz Əbdülhüseyn, Əbdüləli, Əbdürrəsul adları qoyursunuz?

Cavab: Əbdin bir neçə mənası vardır:

1-Uluhiyyət müqabilində işlənilən əbd.

Bu məna həqiqətdə məmluk (sahib) mənasına işlənilir. Odur ki, Allahın bütün bəndələrinə deyilir. Allahın insana malik olması Allahın xaliq insanın məxluq olmasından irəli gəlir. Bu baxımdan Allah mülkündə olmağın rəmzi olan əbd vəsfi yalnız Allaha nisbət verilərək “Əbdullah” deyilir. Allah taala bu barədə “Məryəm” surəsinin 93-cü ayəsində buyurur:

إِن كُلُّ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا

“Göylərdə və yerdə olan bütün mövcudat Allahın yalnız bir əbdi, quludur.”

Həmçinin Allah taala həzrəti İsa (ə)-ın dilindən nəql edərək buyurur:

… إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا

“O dedi: Mən Allahın bəndəsi və quluyam. O, mənə kitab verdi və özümüdə peyğəmbər etdi.”

“Məryəm” surəsi, ayə 30.

2-Qanunlaşdırılmış əbd.

Bu növ bəndəçilik döyüş meydanlarında qələbə vasitəsiylə ələ gəlir. Fiqh elmində izah olmuş özünə məxsus şərtlərə müvafiq olaraq müqəddəs islam dini bu bəndəçiliyi qəbul etmişdir.

Döyüşdə müsəlmanların əsiri olanların təklifi hakimi–şərin (şəriət hakiminin) öhdəsinə qoyulub. O da onların barəsində aşağıda deyiləcək üç hökümdən birini yerinə yetirə bilər:

Ya onlardan ğəramət olmadan azad edər, ya onlardan ğəramət aldıqdan sonra onları azad edəcək və ya da ki, onların əsir qalmasına hökm verəcək.

Üçüncü halda əsirə müsəlmanların əbd və bəndəsi deyilir.

Buna sübut olaraq fiqhi kitablarında “Babul-əbid vəl-ima” (yəni, əbd və kənizlər bölməsi) adlı bölməni misal çəkmək olar.

Həmçinin Qurani-kərimin “Nur” surəsinin 32-ci ayəsini misal çəkmək olar.

﴿ وَأَنكِحُوا الْأَيَامَى مِنكُمْ وَالصَّالِحِينَ مِنْ عِبَادِكُمْ وَإِمَائِكُمْ إِن يَكُونُوا فُقَرَاء يُغْنِهِمُ اللَّهُ مِن فَضْلِهِ وَاللَّهُ وَاسِعٌ عَلِيمٌ ﴾

“Aranızda olan subay kişiləri və ərsiz qadınları, öz əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa Allah Öz lütfü ilə onları dövlətli edər. Allahın rəhməti geniş və hər şeyi biləndir.”

Bu ayədə Allah taala böyüşdə əsir düşmüşləri əbd (kölə) və kəniz adlandırıb. Həmçinin əbd kəlməsi Allahdan başqasına (müsəlmanlara) nisbət verilib.

3-Əbd itaət mənasına:

Bu məna da “Lisanul-ərəb” və “Qamusul-muhit” kimi lüğət kitablarında bəyan olunub.

“Əbdürrəsul”, Əbdüləli”, “Əbdülhuseyn” kimi adların da mənası elə bu mənaya qayıdır. Yəni Rəsulallah (s)-ə itaət edən, Əli (ə)-a itaət edən, İmam Hüseyn (ə)-a itaət edən.

Heç bir şək-şübhə yoxdur ki, Peyğəmbər (s)-dən və həzrətdən sonra “ulil-əmr”-dən itaət etmək şəri vacibatdandır. Hər bir müsəlman Allahdan, Onun Rəsulundan və əmr sahiblərindən itaət etməlidir. Qurani-kərim bu barədə açıq-aydın göstəriş verərək buyurur:

… أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ …

“Ey iman gətirənlər! Allaha, Onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin!…”

Ən-nisa” surəsi, ayə 59.

Bu ayə möminləri Peyğəmbər (s)-dən itaət etməyə əmr edir. İndi əgər bir nəfər bu mənanı öz övladına ad qoymaqla yaşatsa qəbahətlimi iş görüb?! Yöxsa tərifə layiqli bir iş görüb?!

Biz fəxr edirik ki, Peyğəmbər (s)-dən itaət edirik və həzrətdən sonra İmamlardan itaət edərək “ulil-əmr” ayəsinə əməl edirik.

Odur ki, bir şəxsin “Əbdullah” olmasıyla “Əbdürrəsul” olmasının arasında heç bir ziddiyyət yoxdur. Çünki mənası Allah bəbdəçilik edən və Peyğəmbərə itaət edən deməkdir. Bildiyimiz kimi Allahın bəndəçiliyi təkvini və Allahın xaliqiyyətindən qaynaqlanan bir vəzifədir. Amma Peyğəmbər (s)-in itaəti isə təşrii və Allahın əmriylə təyin olunmuş vəzifədir.

Ayətullah Şeyx Cəfər Sübhaninin bəyanatından


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter