Islam maarifinə əsasən hansı əməllər insan qəlbinə rahatlıq və nuranilik gətirər?!
Qəlb – Allahın məkanıdır və müqəddəs yerdir. İnsan çalışmalıdır ki, bu məkanda Allahdan qeyrisini sakin etməsin. Əgər insanın qəlbi ancaq Allahla olarsa, qəlbini elə nur əhatə edər ki, başqa bədən üzvlərinə də təsir qoyar. Bəs nə edək ki, qəlbimiz həmişə nurani və Allahla olsun?
Qəlbi dirçəldən və aydınladan əməlləri yerinə yetirmək. O cümlədən:
1. Alimlərlə ünsiyyətdə olmaq. “Və (Biz) belə məsələləri insanlar üçün çəkirik. Lakin onları alimlərdən başqa heç kim anlamır (və dərinliyinə, həqiqətinə varmır)”. (“Ənkəbut” 43).
2. Dostlarla görüşmək. “Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar”. (“Tövbə” 71).
3. “Tövhid” (“İxlas”) surəsini çoxlu demək.
2. Az yemək.
3. Alimlərlə yoldaş olmaq.
4. Gecə namazı qılmaq.
5. Namaz qılmaq üçün məscidə getmək.
Qəlbi nurani edən əməllər:
1. Sirkə, heyva və nar yemək.
2. Sidr ilə başı yumaq.
3. Xına yaxmaq.
4. Misvak etmək.
5. “Lə iləhə illəllah” zikrini demək.
6. “Nas” surəsini oxumaq.
7. Həzrət Zəhranın (s.ə) təsbihini etmək./Deyerler.