Doğrudurmu ki, ölülər cümə günü azad edilir?
Cavab: Rəvayətə görə, bərzəxdəki ruhlar ləyaqətlərindən asılı olaraq dünya işlərindən xəbər tutur, hətta ailələrinə baş çəkirlər. Bu iş hər gün baş verə bilər. Amma cümə günü xüsusi qeyd edilir.
İshaq ibn Əmmar İmam Kazimdən (ə) “möminin ruhu ailəsini ziyarət edirmi”, deyə soruşur. İmam (ə) buyurur: “Bəli. Bu iş onların fəzilətlərindən asılıdır. Kimi hər gün, kimi həftədə bir dəfə ailəsini ziyarət edir. Ən azı hər cümə günbatan vaxt bu ziyarət baş tutur. Möminlə gələn mələk onu qəmgin edəsi səhnələri gizləyir.”
İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən də möminin ruhu öz ailəsini ziyarət edir. O yalnız yaxşı səhnələri görür, xoşagəlməz səhnələr isə ondan gizlədilir.” Kitabın adı: Şübhə doğuran suallar -Müəllif: Məhəmməd Turan\\ehliwie-samux.