Peyğəmbər (s) və Əhli Beyt (ə) şəfa verə bilərmi?
Niyə görə şiələr Peyğəmbər (s) və Əhli-Beyt (ə)-ın şəfa verə bilməsinə inanırlar, axı Quranın \'\'Yunis\'\' surəsi 106-cı ayə buyurur: \'\'Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər verə biləni çağırma.\'\'?
\'\'Yunis\'\' surəsi 106-cı ayədə bütlər və tanrılar nəzərdə tutulur ki, bu da müşrüklər haqqında deyilmişdir. Şiələr isə bunu Allahın qüdrəti və möcüzəsi kimi qəbul edir, İslam Peyğəmbəri(s) və Əhli-Beyt(ə)-ın Allahın qüdrəti ilə şəfa verə bilməsində inkar edilməz dəlilləri var. \'\'Allahın izni ilə ölüləri dirildirəm.\'\' \'\'Ali İmran\'\' surəsi, ayə-49-da İsa peyğəmbərin dilindən belə buyurulur. Peyğəmbərimiz və Əhli-Beytin Allahın qüdrəti ilə şəfa verə bilməsinə gəldikdə isə bu hadisələr tarixdən bizə çox tanışdır və dəfələrlə bu kimi halların şahidi olmuşuq. Ancaq biz o misallarla deyil,
Quran ayəsi və hədislərlə cavab verəcəyik: \'\'Bu köynəyimi aparın atamın üzünə sürtün və yenidən görməyə başlayar.\'\' (\'\'Yusif\'\' surəsi, ayə-93) Başqa yerdə \'\'Muştuluqçu gəlib köynəyi Yəqubun üzünə sürtən kimi onun gözləri açıldı.\'\' (\'\'Yusif\'\' surəsi, ayə-96) Yusif peyğəmbərin köynəyi Yəqub peyğəmbərin gözlərinə şəfa verdi. Göründüyü kimi peyğəmbərin köynəyi insan gözünə nur verə bilər və buna ancaq kafirlər inanmaz. İslam peyğəmbəri(s) buyurur: \'\'Mənə beş şey verildi … və şəfaət də əta edildi.\'\' (\'\'Səhihi Buxari\'\' c. 1, səh. 91 (Misir çapı), Əhməd ibn Hənbəl \'\'Müsnəd\'\' kitabı c. 1, səh. 301) Göründüyü kimi Allahın izni ilə şəfaət verilə bilər.