Necə olur ki, insanlar Allaha münasibətdə kafir, münafiq, müsəlman, mömin kimi təbəqələrə bölünürlər?


Cavab: Qurani kərimdə tanıma, tanışlıq haqqında ətraflı danışılmışdır. Müxtəlif ayələrdə Allahı tanıma, bu tanımanın maneələri açıqlanır. Bildirilir ki, hiss yolu ilə, təqlidçiliklə, kor-koranə, zənn və gümana əsasən tanışlıqlar mövcuddur. Eləcə də, bu yolda həvəsbazlığın, tələskənliyin, ifratçılığın, təəssübün, kinin böyük maneə olduğu bildirilir.

Həqiqi Allahı tanımaq üçün insana mane olan əsas amillərdən biri mənfi şəkdir. Bəli, müsbət şəkk də mövcuddur. İnsanın öz əvvəlki biliklərinə zidd hadisələrlə qarşılaşdığı vaxt şəkki təbiidir. Əgər bu şəkk doğru istiqamətdə yönəldilərsə, insanı ən uca məqam olan “yəqin” məqamına qaldırar.

İnsanı mərifətdən, həqiqətlə tanışlıqdan məhrum edən şəklərdən biri düşüncə zəifliyindən doğan, axtarışdan çəkindirən şəkk xəstəliyidir.

Bəziləri isə özünü fövqəladə ağıllı göstərmək üçün bütün deyilənlərə şəkk edir. Belə bir şəkk peşəkar şəkdir. Onların məqsədi lazımı dəlillər əldə etmək deyil. Əsrimizdə belələri “skeltik” adıyla tanınır.

Mənfi şəkk qəlb və dilin Allahı inkar etməsinə gətirir.

Quranda beş növ zənn və gümandan danışılır: həqiqətə zidd zənn; həqiqətə uyğun zənn; günah zənn; həqiqəti aça bilməyən zənn; məhkum edilmiş zənn. Nəfs istəklərindən doğan zənn heç bir dəlillə kifayətlənmir və insanı cəhalətə aparır. Kitabın adı: Şübhə doğuran suallar= Müəllif: Məhəmməd Turan


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter