İşlərimizdə “İnşəallah” demək lazımdırmı?


“Və heç bir şey barəsində «mən sabah onu mütləq yerinə yetirəcəyəm» demə (çünki yaradılış səbəbləri, hətta insanın iradə və istəyi, Allahın iradə və istəyindən asılıdır). Yalnız (belə de: «Əgər) Allah istəsə, (filan işi edəcəyəm»). Və («inşəallah» deməyi) unudanda, öz Rəbbini yada sal və de: «Ümid var ki, Rəbbim məni bundan daha yaxın (bir yol)a – təkamülə və haqqa doğru yönəltsin.

Bu ayələrdən bəlli olur ki, hər bir işdə “İnşəallah” demək bəyənilən əməldir. Bəzən insan qafil halda gələcəyi barəsində bəzi şeylər deyər. Misal üçün deyər ki, mən filan zaman filan işi görəcəyəm. Halbuki, beş dəqiqə sonra həyatında nələrin baş verməsindən qafil olar. Ona görə bu ayə möminlərə bir qaydanı tövsiyə edir. Heç bir zaman bir iş haqqında demə ki, mən sonra bu işi görəcəyəm. Bəlkə bir qədər gələcəyini düşün və de ki, Allah istəsə, mən bu işi görəcəyəm. Bu əməlinlə Allah qarşısında özünü müti göstərmiş olarsan. (Beytutə)


Bu ayələrdən çıxartdığımız nəticələr:


1. Danışan zaman Allahı yaddan çıxartmayaq.

2. Heç bir zaman özümüzü Allahdan müstəqil hesab etməyək.

3. Öz gücümüzə söykənməyək. Çünki sabah nə baş verəcəyindən xəbərimiz yoxdur. Allahın istəyi ilə iş görək.

4. İnsan davamlı olaraq Allaha möhtacdır. Hər bir işində özünü Allahdan asılı hiss etməlidir.

5. İlahi yardıma ümid bəsləmək duanın doğru olmasının yollarından biridir.

6. Hidayətin mərhələləri vardır və onların hamısı Allahın əlindədir.

7. Allahı davamlı olaraq zikr etmək – inkişaf etmək üçün ən qısa yoldur./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter