Zilqədə ayının bazar günü qılınan xüsusi namaz necə qılınır?!


Həzrət Rəsuləllahdan (s) bu ayın bazar günü qılınan bir namaz qeyd olunmuşdur. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar, bu namaz onun özünə və ailəsinə xeyir-bərəkət gətirər, kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa - Qiyamət günü bu kəslər ondan razı qalar, dünyadan imanlı gedər, qəbri geniş və işıqlı olar, ata-anası ondan razı qalar, Allah onun ata-anasını da bağışlayar, onun nəsli də bağışlanar, ruzisi artar.

Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar.


Həzrət Rəsuləllah (s) bu namazın qaydasını belə bəyan etmişdir:


Bazar günü qüsl et, dəstəmaz al.

Dörd rükət (iki rükət-iki rükət) namaz qıl. Hər rükətdə 1 dəfə \"Həmd\", 3 dəfə \"İxlas\", 1 dəfə \"Fələq\" və \"Nas\' surələrini oxu.

Namazı qılıb qurtardıqdan sonra 70 dəfə “Əstəğfirullahə Rabbi və ətubu iləyh” deyərək, istiğfar edilməlidir (bağışlanma dilənməlidir).


Sonra bu zikr deyilməlidir:

“لا حَوْلَ وَلا قُوَّةَ اِلاَّ بِاللهِ الْعَلىِّ الْعَظيمِ”

“Lə həvlə və lə quvvətə illə billəhil-əliyyil-əzim” (Uca və əzəmətli Allahdan başqa güc və qüvvə yoxdur).


Sonra bu dua oxunmalıdır:

Duanın ərəbcə mətni:


“يا عَزيزُ يا غَفّارُ، اِغْفِرْ لِى ذُنُوبِى، وَذُ نُوبَ جَميـعِ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ، فَاِنَّهُ لا يَغْفِرُ الذُّنُوبَ اِلاَّ اَنْتَ”


Duanın oxunuşu:“


“Yə əzizu yə ğaffər, iğfirli zunubi, və zunubə cəmiil mumininə vəl muminəti, fə innəhu lə yəğfiruz zunubə illə ənt”.


Duanın tərcüməsi:“Ey izzətli, ey bağışlayan! Mənim günahlarımı və bütün mömin və möminələrin günahlarını bağışla, çünki Səndən qeyri kimsə günahları bağışlamır”.\\Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter