Nə üçün həmd surəsindən sonra sünnilər \"amin” deyir, biz isə demirik?


Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və İmamların \"amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mötəbər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: \"İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra \"amin” yox, \"əlhəmdulillahi rəbbil-aləmin” deyin” (\"Vəsailüş-şiə”, fəsil 17, hədis 1)

Şiə fiqhində \"amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq \"amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir. Qeyd ektmək lazımdır ki, onlar bu sözü Həmd surəsinin bir növ dua olması və ya duanın qəbulu üçün demirlər. Bu iş təkcə Əbu Hüreyrənin hədisinə istinadən yerinə yetirilir.(\"Əl-misbahul-munir”, Həmd surəsinin təfsiri, Səhih Buxari, Kitabul əzan, fəsil 111, hədis 780.)

Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter