BELƏ ZƏİF HƏDİSLƏRİ BİZƏ QARŞI DƏLİL GƏTİRMƏYİN! (1)


Rəsulullah (s) Zeyd b. Harisin həyat yoldaşını çimərkən görür.
Şeyx Saduq İmam Rzadan Əhzab-37 ayəsinin təfsirində yazır: “Peyğəmbər (s.a.s) Zeyd ibn Harisin evinə bir iş üçün getmişdi.Çatanda onun zövcəsi Zeynəbi çimərkən gördü və dedi: “Səni yardan Allah necə də Ucadır!” (“Uyun əxbər ər Riza” səh 112)

CAVAB:
Hədisin sənədi aşağıdakı kimidir:
حدثنا تميم بن عبد الله بن تميم القرشي رضي الله عنه قال حدثني أبي عن حمدان بن سليمان النيسابوري عنعلي بن محمد بن الجهم قال
Mənə Təmim b. Abdullah b. Təmim əl-Qəraşi rəvayət etdi və dedi: atam mənə Həmdan b. Suleyman əl-Nisaburidən, o da Əli b. Muhəmməd b. əl-Cəhmidən onun belə dediyini rəvayət etdi…

HƏDİSİN SƏNƏDİNİN ARAŞDIRILMASI:
1. Təmim b. Abdullah b. Təmim əl-Qəraşi
I. Seyyid əl-Xoi deyib: Zəifdir. (Mucəm ricalul-hədis, c.4, s.285, h.1930)
Onlayn mənbə: 1
II. Əllamə Hilli “Xulasətul-əqval” kitabında (1/209) onun “zəif” olduğunu deyib. İbn Davud da (Rical ibn Davud, s.234, r.84) onun “zəif” olduğunu deyib. (Mirzə Muhəmməd b. Əli əl-Əstərabadi, Minhacul-məqal, c.3, s.106, r.895; Şeyx Abdullah əl-Maməqani, c.13, s.188, r3336)
Onlayn mənbə: 1a, 2a
2. Əli b. Muhəmməd b. əl-Cəhmi
Vəhabilərin irad tutduqları bu rəvayətin sonunda Şeyx Səduq (Uyun əxbar ər-Riza, 1/204) deyir:

هذا الْحَدِيثُ غَريبٌ مِن طَرِيق عَلِىِّ بْنِ مُحَمَّدِ بْنِ الجَهْمِ مَعَ نَصبِه وَبُغضِهِ وَعَداوَتِهِ لأهْلِ البِيْت‏ عَلَيْهِمُ السَّلاَمُ

Əli b. Muhəmməd əl-Cəhmi yolu ilə rəvayət olunan bu hədis qəribədir, çünki o, nasibidir və Əhli-beyt (ə.s)-a qarşı nifrəti və ədavəti var idi.

Onlayn mənbə: 1

NƏTİCƏ:

HƏDİS ZƏİFDİR.

İstinad vacibdir - http://hadis.313news.net/hadith/a-13.html

-----------------------------------------------------------------------------------
Əbu Talibinn Peyğəmbəri (s) körpə ikən əmizdirməsi (Zəif hədislər)

İslam düşmənləri bu hədisi bizə qarşı istifadə edirlər:

محمد بن يحيى، عن سعد بن عبدالله، عن إبراهيم بن محمد الثقفي، عن علي بن المعلى، عن أخيه محمد، عن درست بن أبي منصور، عن علي بن أبي حمزة (1) عن أبي بصير، عن أبي عبدالله عليه السلام قال: لما ولد النبي صلى الله عليه وآله مكث أياما ليس له لبن، فألقاه أبوطالب على ثدي نفسه، فأنزل الله فيه لبنا فرضع منه أياما حتى وقع أبوطالب على حليمة السعدية فدفعه إليها
Muhəmməd b. Yəhya, Sad b. Abdullahdan, o da İbrahim b. Muhəmməd əs-Səqəfidən, o da Əli b. əl-Muallidən, o da qardaşı Muhəmməddən, o da Durust b. Əbi Mənsurdan, o da Əli b. Əbi Həmzədən(1), o da Əbi Bəsirdən, o Əbi Əbdillah (ə.s)-dan (İmam Sadiq ə.s.) belə dediyini rəvayət etmişdir: “Peyğəmbər (s.ə.a.s) doğulduqdan sonra bir neçə gün südsüz qaldı. Ona görə Əbu Talb onu öz sinəsinə yaxınlaşdırdı. Allah onun döşündən süd axıtdı. Peyğəmbər (s.ə.a.s) ondan bir neçə gün əmdikdən sonra Əbu Talib Sadiyə qəbiləsindən olan Həlimə ilə qarşılaşdıqda əmzirməsi üçün uşağı ona verdi.”
Kitabı təhqiq edən Əli Əkbrə əl-Ğifari 1 nömrəli haşiyədə yazır:
على بن ابى حمزة سالم البطائنى كذاب متهم ملعون روى الكشى في ذمه اخبارا كثيره

(1) Əli b. Əbi Həmzə Salim əl-Bətaini kəzzabdır (yalançıdır), ittiham olunmuşdur, məl`undur. əl-Kəşşi onun tənqidi barədə çoxlu xəbərlər rəvayət etmişdir.
Şeyx Əbu Cəfər Muhəmməd b. Yaqub b. İshaq əl-Kuleyni ər-Razi, əl-Usul min əl-Kafi, c.1, s.448, №27; Darul-Kutubil-İslamiyyə, Tehran, 1388; təhqiq: Əli Əkbrə əl-Ğifari
Onlayn mənbə 1: alseraj.net
Onlayn mənbə 2: al-shia.org
Onlayn mənbə 3: shiaonlinelibrary
Onlayn mənbə 4: yasoob.com
Onlayn mənbə 5: mezan.net

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:
A – Əli b. əl-Mualli
1. Şeyx Muhəmməd əl-Cövhəri onun “məchul” olduğunu deyib. (əl-Mufid min mucəm ricalul-hədis, s.414, № 8536 və )
Onlayn mənbə: 1
B – Muhəmməd əl-Mualli
Şeyx Muhəmməd əl-Cövhəri onun “məchul” olduğunu deyib. (əl-Mufid min mucəm ricalul-hədis, s.579, №11840)
Onlayn mənbə: 1
C – Əli b. Əbi Həmzə
1. İbn əl-Ğədairi deyib: Əli b. Əbi Həmzə – Allaha ona lənət etsin, Vaqifi məzhəbinin qurucusudur, Əbu İbrahimdən sonra insanlar arasında Vəliyə qarşı ən çox düşməçilik edən şəxsdir. Əbul-Həsən Əli bin Həsən bin Fəddal deyir: Əli bin Əbi Həmzə yalançıdır. (Əllamə Hilli, Xulasətul-əqval, s.362-363)
Onlayn mənbə: 1
2. Ayətullah Xoi onun yalançıqlıda ittiham edildiyini deyib. (Kitabul-təharə, c.9, s.271)
Onlayn mənbə: 1
3. Şeyx Həsən Sahibul-Məalim yazır:
İbn Məsud deyir : “Əli bin Həsəndən eşitdim ki, deyirdi ki, İbn Əbi Həmzə yalaçıdır, məlundur. (Təhrirut-Tavusi, s.230)
Onlayn mənbə: 1
4. Seyyid Muhəmməd Baqir əs-Sədr onun doğruluğunun sabit olmadığını deyib. (Şərhul-Urvatil-Vusqa, c.4, s.33)
Onlayn mənbə: 1
5. Seyyid Mustafavi onun məşhur zəif ravilərdən olduğunu deyib. (Miətu qaidə fiqhiyyə, s.66)
Onlayn mənbə: 1
6. Məkraim Şirazi onun “zəif” olduğunu deyib. (əl-Qavaidul-fiqhiyyə, c.2, s.160)
Onlayn mənbə: 1
7. Şeyx Cəfər Subhani onun rical əhli tərəfindən zəif hesab edildiyini qeyd etmişdir. (Kuliiyat fi ilmur-rical, s.101)
Onlayn mənbə: 1

--------------------------------------------------------------------------------------------------------------------------------------

Fatimə (ə.s) haqqında iki rəvayət və sələfi iftirası (Şiə hədisləri-zəif hədislər)


İslam düşmənləri bu rəvayətləri bizə qarşı istifadə edirlər:

Fatimənin yanına Peyğəmbər (s.a.s) gələrkən o ağlayırdı. O, ondan soruşdu: Niyə ağlayırsan?Allaha and olsun ki, əgər mənim qohumlarım arasında ondan daha yaxşısı olsa idi, mən ona səni verməzdim. Mən bunu deyil, Allah belə qərar verdi.”
Bir dəfə də Peyğəmbər (s.a.s) Bureyda ilə onun yanına gələndə onu ağlayan gördü. Peyğəmbər (s.a.s) soruşdu: “Niyə ağlayırsan qızım?”
Fatimə: “Az yemək,çox iş,çox dərdimiz var.” (“Kəşful ğummə” c.1,səh 149-150)

CAVAB:
Bu islam düşmənləri sanki şiələrə qarşı robot kimi yazı yazmaq üçün proqramlaşdırıblar. Başlarını qaldırıb yazdıqları şeyin hardan gəldikləri ilə də maraqlanmaq istəmirlər. Ya da qəsdən insanları çaşqınlığa salmaq üçün ən son variantlardan belə istifadə etməkdən çəkinmirlər.
Gəlin görək, “Kəşful-ğummə” kitabının 1-cildinin 149 və 150-ci səhifələrində (bəzi nəşrlərdə 147 və 148-ci səhifələrində) əslində nə yazılıb.
Birinci rəvayət:
نقلت من مناقب الخوارزمي عن بريدة قال : قال رسول الله (صلى الله عليه وآله وسلم) قم بنا يا بريدة نعود فاطمة فلما أن دخلنا عليها أبصرت أباها دمعت عيناها قال ما يبكيك يا ابنتي قالت قلة الطعم و كثرة الهم و شدة السقم قال لها أما و الله ما عند الله خير مما ترغبين إليه يا فاطمة أ ما ترضين أني زوجتك خير أمتي أقدمهم سلما و أكثرهم علما و أفضلهم حلما و الله إن ابنيك سيدا شباب أهل الجنة
Mənaqib əl-Xəvarizmidə Bureydədən nəql edilir ki, o dedi: …..
Onlayn mənbə: 1, 2
Görəsən Əbul-Fəth əl-İrbilinin bu rəvayəti başqa bir kitabdan nəql etməyini nə üçün gizlədiblər? Maraq nədən ibarətdir? “Mənaqib əl-Xəvarizmi” nə zamandan şiə kitabı olub? Bu rəvayəti həmçinin Əhməd b. Hənbəl özünün “Fəzailus-səhabə” kitabında (2/764) nəql etmişdir.
İkinci rəvayət:
و من مسند أحمد بن حنبل عن معقل بن يسار قال : وضأت النبي (صلى الله عليه وآله وسلم) ذات يوم فقال هل لك في فاطمة نعودها فقلت نعم فقام متوكئا علي فقال أما إنه سيحمل ثقلها غيرك و يكون أجرها لك قال فكأنه لم يكن علي شي‏ء حتى دخلنا على فاطمة فقال كيف تجدينك قالت و الله لقد اشتد حزني و اشتدت فاقتي و طال سقمي
“Musnəd Əhməd b. Hənbəl”də Maqil b. Yəsardan onun belə dediyi nəql edilir: …..
Onlayn mənbə: 1, 2
Yenə saxtakarlıq, yenə iftira. Gördüyünüz kimi, əl-İrbili bu hədisi də əhli-sünnə mənbəsindən nəql etmişdir.
Qeyd edək ki, bu rəvayətləri şiəyə qarşı istifadə edən islam düşmənləri (yazılarından gördüyüm qədərilə sələfidirlər) “Şiə mənbələrində Əhli Beytə tən etmə və təhqir” adı altından internetdə yayırlar. Deməli, belə çıxır ki, Əhli-beyt (ə.s)-ı təhqir edən elə əhli-sünnə mənbələri imiş.
Allah bizləri hər cür böhtan və iftiradan qorusun! Amin!
istinad vacibdir - http://hadis.313news.net/hadith/a-17.html


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter