Nə üçün sünnilər də bizim kimi azanda \"həyyə əla xəyril-əməl” demirlər?
Cavab: Şiələr öz ibadət üsulunu Peyğəmbər (s) Əhli-beytindən öyrənir. Şiə fiqhinin müraciət etdiyi rəvayətlərdə iki dəfə \"həyyə əla xəyril-əməl”, yəni \"əməllərin ən xeyirlisinə (namaza) tələs” deyilməsi zəruri bilinir. Sünnilərdə də belə bir rəvayət var, amma onlar bu rəvayəti zəif hesab edir və azanda həmin cümləni işlətmirlər.(Kitabul-əzan”, Əbi Hatəm, s. 54-60.)
Bəli, şiələr peyğəmbər sünnəsini onun Əhli-beytindən öyrənirsə, sünnilər bu sünnəni kənar şəxslərdən əxz edirlər.
Kitabın adı: Vəhhabi suallarına cavablarımız
Müəllif: Əli Ətai İsfahani