Niyə görə şiələr ölülərdən hacət istəyirlər və ziyarətgahlara gedib dua edirlər?


Şiə təriqəti - Cəfəri məzhəbi insanın nə ölüsündən, nə də dirisindən hacət istəmir. Şiə Peyğəmbərə və İmamlara xatir Allahdan istəyir. Allah həmişə duanı qəbul etməyə qadirdir. Bundan əlavə \'\'Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbləri yanında diri olub ruzi (Behit nemətlərindən) yeyirlər.\'\' (\'\'Ali İmran\'\' surəsi, ayə-169) Ölüm sonluq və heçlik deyil, başqa bir aləmə keçiddir.

Əhli-Sünnə alimlərinin qəbri ziyarət etmək haqqında da hədisləri çoxdur, o cümlədən; \'\'Səhihi Müslüm\'\' c. 3 və \'\'Qəzali Əxbarul-uyun\'\' c. 1 kitablarında Həzrət Peyğəmbər(s)-dən belə nəql olunur: \'\'Hər kəs mənim qəbrimi ziyarət etsə mənim şəfaətim ona vacib olar.\'\' Bu hədisdən görünür ki, qəbri ziyarət edib şəfa tapmaq olar. Ancaq bilmək lazımdır ki, şəfanı qəbir vermir, qəbir sahibinin Allah yanında olan uca məqamına xatir Allah özü verir. Aydın olur ki, Allah Peyğəmbərinin qəbrini ziyarət etdiyinə və orada dua etdiyinə görə insanın duasını daha tez qəbul edir. \'\'Müsnədi Əbu Davud\'\' 1-ci c. səh. 12-də Peyğəmbər(s)-dən nəql edilərək yazılır ki, Peyğəmbər(s) buyurdu: \'\'Hər kəs mənim vəfatımdan sonra Həccə gələ və mənim qəbrimi ziyarət etməyə, əlbəttə ki, mənə cəfa etmiş olar.\'\' \'\'Hər kəs mənim vəfatımdan sonra məni ziyarət etsə, sanki məni dirilikdə ziyarət etmişdir.\'\'

Bütün bunları əldə rəhbər tutaraq şiələr Peyğəmbər(s)-in və məsum İmamların qəbrini ziyarət edirlər. Bu, ancaq Allaha xatirdir. Bu ziyarətlər Peyğəmbər və Əhli-Beytinin məhəbbətini qəlblərdə çoxaldır. Çünki, Peyğəmbər(s) və Əhli-Beyt(ə) Allahın hökmlərini qoruyanlar, ən yaxşı əməl edənlər və yayanlardır. Əhli-Sünnənin də dörd məzhəb (Hənəfi, Hənbəli, Şafei, Maliki) alimlərinin qəbri ziyarət etmək haqqında hökmlərin vardır. \'\'Hüsnüt-təvasül-fi adabi ziyarəti əfzəlür-rəsul\'\' kitabı yazır ki, Peyğəmbərin qəbrini ziyarət etməyə məhəbbət bəsləmək, evdən çıxıb ziyarətə gedərkən dua oxumaq, yol gedərkən Peyğəmbərə çoxlu salavat göndərmək, Mədinəyə çatanda dua oxumaq, Hərrə çayında qüsul edib Mədinəyə daxil olmaq, Cəbrail qapısından içəri daxil olmaq,

Peyğəmbərin məscidini gördükdə təvazökarlıq edib, onu böyük tutmaq, ziyarət vaxtı ayaq üstə durmaq, ziyarətnamə oxumaq, əlləri şərif qəbrə sürtüb, öpmək əhli-sünnə alimlərinin fətvasına əsasən müstəhəb əməllərdir. Əhli-sünnə alimlərinin bildirdiyinə əsasən, Peyğəmbər(s) İslamın əvvəllərində qəbirləri ziyarət etməyi qadağan etmişdi. Çünki, onların əksəriyyəti müşrük və kafirlərin qəbri idi. Lakin İslam dini təkmilləşəndən sonra Peyğəmbər(s) buyurdu: \'\'Mən sizlərə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Lakin bu gündən etibarən sizləri qəbirləri ziyarət etməyə çağırıram.\'\' Hədislər \'\'Səhihi Müslüm\'\' c. 3, səh.65, \'\'Sünnəni Əbu Davud\'\' c. 2, səh.195, \'\'Səhihi Tirmizi\'\' c. 3, səh.274 kitablarından nəql edilmişdir. Hədisdən də göründüyü kimi, Peyğəmbər(s) bizi qəbirləri ziyarət etməyə çağırır.\\ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter