İslam düşmənlərİ bu rəvayətLƏR bİzə qarşı İstİfadə edİrlər.


Allah yer üzündəkilərini Əlidən başqa hamısını məhv etmək istədi?(Şiə hədisləri-zəif hədislər)

Sələfilərin sevimli “alim”i Osman əl-Xəmis özünün “Siyahat fi Kitab əl-Kafi” kitabında səhifə 9-da aşağıdakı hədisi Əhli-beyt (ə.s) davamçılarına qarşı istifadə etmişdir:

فنسبة البداء إلى الله سبحانه وتعالى، فعن أبي جعفر وأبي عبدالله عليهما السلام أنهما قالا: إنّ الناس لما كذبوا برسول الله صلى الله عليه وآله وسلم همَّ الله تبارك وتعالى بهلاك الأرض إلا علياً فما سواه لقوله فتول عنهم فما أنت بملوم ثم بدا له – أي لله – فرحم المؤمنين ثم قال لنبيه: فذكر فإن الذكرى تنفع المؤمنين

روضة الكافي ص 78

Əbu Cəfər və Əbu Abdullahdan: “İnsanlar Allahın elçisini yalan saydıqda, Allah yer üzündəkilərini Əlidən başqa məhv etmək istədi. Onun sözünə əsasən “Onlardan üz çevir, sən danlanmazsan”. Sonra Onun (Allahın) ağlına başqa bir fikir gəldi və möminlərə rəhm etdi. (Sonra isə) peyğəmbərə buyurdu: “Yada sal, həqiqətən, yada salmaq möminlərə fayda verər.”

“Rauzal Kəfi”, səhifə 78.

Əvvəla, bu hədisin ünvanı yanlış göstərilmişdir. Dəqiq ünvan belədir: Rəuzə əl-Kafi, c.8, s.103, h.78.Görünür, məqsəd alimanə araşdırma aparmaq yox, tez-bazar şiələrə qarşı propoqandist yazı yazıb, insanları haqq yoldan sapdırmaqdır. Əks halda bu cür səhvlər olmazdı.

İkincisi, Əllamə Məclisi özünün “Mirat əl-Uqul” kitabında c.25, s.252-də bu hədisin “zəif” olduğunu qeyd edib. Hədisin zəifliyinə səbəb Muəlla b. Muhəmməd adlı ravidir ki, onu İbn əl-Ğədairi, ən-Nəcaşi, əl-Hilli və digərləri zəif hesab etmişdirlər.

Nəticə budur ki, Osman əl-Xəmisin haqq əhlinə qarşı hücumları digərləri kimi boş bir işdir.

Materiallardan istifadə edərkən sayta aktiv link yerləşdirmək zəruridir!

İstinad - http://hadis.313news.net/hadith/a-25.html
-------------------------------------------------------------------------------------------------

İmam Rza (ə.s)-ın övladı barədə şübhə(Şiə hədisləri-zəif hədislər)


İslam düşmənləri bu rəvayəti bizə qarşı istifadə edirlər:


İmam Rzaya oğlu olduqda dedilər: “Bizim aramızda heç vaxt rəngi dəyişən (qara) İmam olmamışdı.” İmam Rza: “Bu həqiqətən mənim oğlumdur” dedi. (“əl Kafi” c.1,səh 322)

CAVAB:
Rəvayətin sənədi aşağıdakı kimidir:
…علي بن إبراهيم، عن أبيه، وعلي بن محمد القاساني جميعا، عن زكريا بن يحيى بن النعمان الصيرفي قال
Əli b. İbrahim – İbrahim b. Haşim – Əli b. Muhəmməd əl-Qasani - Zəkəriyya b. Yəhya b. ən-Numan əs-Seyrəfi …
Şeyx Kuleyni, Üsuli-kafi, c.1, s.322, h.14
Onlayn mənbə: 1, 2

RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:
Zəkəriyya b. Yəhya b. ən-Numan əs-Seyrəfi adlı ravi məchuldur, rical kitablarında onun barəsində məlumat yoxdur.
Seyyid əl-Xoi bu hədis barədə deyib: sənədi zəifdir. (Misbahul-fuqəha, c.1, s.587)
Onlayn mənbə: 1, 2, 3
NƏTİCƏ:

Rəvayətin sənədi zəifdir.

Materiallardan istifadə edərkən sayta aktiv link yerləşdirmək zəruridir!

http://hadis.313news.net/hadith/a-19.html

-------------------------------------------------------------------------------------------------

Rəsulullah (s), Əli (ə.s) və Aişə xanımın bir yataqda yatması barədə(Şiə hədisləri-zəif hədislər)

İslam düşmənləri bu hədisi bizə qarşı istifadə edirlər:


برواية ابن أبي عياش عنه قال سألت المقداد عن علي (ع) قال كنا نسافر مع رسول الله (ص) قبل أن يأمر نساءه بالحجاب و هو يخدم رسول الله (ص) ليس له خادم غيره و كان لرسول الله (ص) لحاف ليس له لحاف غيره و معه عائشة فكان رسول الله (ص) ينام بين علي (ع) و عائشة ليس عليهم لحاف غيره فإذا قام رسول الله (ص) من الليل يصلي حط بيده اللحاف من وسطه بينه و بين عائشة حتى يمس اللحاف الفراش الذي تحتهم و يقوم رسول الله (ص) فيصلي
İbn Əbi Əyyaş dedi: Miqdad Əlidən soruşdu, o dedi: “Peyğəmbərlə birlikdə səfərə çıxdım. Hələ hicab ayəsi nazil olmamışdı. Ona xidmət etmək üçün yalnız mən var idim. Aişə də onunla idi. Amma bizim üçümüzə yalnız bir yorğan var idi. Buna görə də üstümüzə bu yorğanı atdıq, Peyğəmbər də bizim ikimizin (Əli və Aişənin) arasında yatdı. Peyğəmbər gecə namazına qalxarkən, əli ilə yorğanın ortasından döşəyə çatana kimi əydi. (yəni aralarında sərhəd çəkdi və namaz qılmağa getdi.
Əllamə Məclisi, Biharul-ənvar, c.101, s.49
Onlayn mənbə 1: al-shia.org
Onlayn mənbə 2: elgadir.com
RƏVAYƏTİN SƏNƏDİNİN ARAŞDIRILMASI:
Bu rəvayət Əban ibn Əbi Əyyaş səbəbindən zəifdir.
1. Əllamə Hilli onun “çox zəif” olduğunu bildirib. (Xulasətul-əqval, s.325)
Onlayn mənbə: 1
2. Şeyx Tusi onun “zəif” olduğunu deyib. (Rical ət-Tusi, s.126)
Onlayn mənbə: 1
3. Seyyid Əli əl-Burucerdi onun “zəif” olduğunu deyib. (Təraiful-məqal, c.2, s.7, r.6556)
Onlayn mənbə: 1
4. Şeyx Əli əl-Kurani onun “mətruk” olduğunu deyib. (Mucəm əhədis əl-İmam əl-Mehdi, c.1, s.564)
Onlayn mənbə: 1
5. Muhəmməd Əli əl-Ərdəbili onun “zəif” olduğunu deyib. (Cəmiur-ruvat, c.1, s.9)
Onlayn mənbə: 1
6. Əllamə Əmini onun “yalançı” olduğunu deyib. (əl-Ğədir, c.5, s.277)
Onlayn mənbə: 1, 2
7. İbn əl-Ğədairi onun “zəif” olduğunu deyib. Seyyid Əli b. Əhməd deyib: “məzhəbi xarabdır, lakin sonradan geri dönüb.” (Muhəmməd Salih əl-Mazandarani, Şərh Üsuli-Kafi, c.2, s.139)
Onlayn mənbə: 1, 2, 3
NƏTİCƏ:
1. Hədis zəifdir və dəlil kimi Cəfəri məzhəbinə qarşı istifadə olunması mənasız bir işdir.
2. Əgər bu hədisdə təhqir və s. olduğunu hesab edirsinizsə, o zaman əhli-sünnə mənbəsində BU SƏHİH HƏDİSƏ nə deyirsiniz?

Materiallardan istifadə edərkən sayta aktiv link yerləşdirmək zəruridir!

http://hadis.313news.net/hadith/a-12.html


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter