Nə üçün şiələr qəbirləri pir edirlər? Məgər bu günah deyil?


Allah, müqəddəs şəxslərin qəbirlərini pir qərar verməyi, orada məscid tikməyi, namaz qılmağı bizlərə qadağan etməyib, Peyğəmbər(s) və Əhli-Beytin məzarlarının üstündə məscid tikməyin İslama heç bir ziyanı yoxdur. Məlumat üçün qeyd edək ki, təkcə şiələr yox,

Əhli-Sünnə məzhəbləri də övliyaların qəbirlərinin üstündə məscid tikiblər. İstər şiələr, istərsə də sünnülər bunu özbaşına yox, Quran ayəsinə və Quran ayəsinin təfsirinə əsasən ediblər: \'\'Onların qəbirlərinin üstündə bina düzəltdik. Bu işdə qalib gəlmiş başqa dəstə (möminlər) dedilər. Onların qəbirlərini məscid qərar verəcəyik.\'\' yəni orada məscid tikəcəyik,

\'\'Kəhf\'\' surəsi, ayə-21 də belə buyurulur. Bu ayədən açıq-aydın görünür ki, qəbri pir etmək (üzərində məscid tikmək) heç də haram deyil və bunu növbəti hədisdən də başa düşmək olar: \'\'Peyğəmbərimizin qızı Həzrət Fatimeyi Zəhra(s.ə.) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına gedib namaz qılır və ona gözyaşı tökürdü. (\'\'Səhihi Müslüm\'\' c. 3 və \'\'Sünəni Beyhəqi\'\' c. 4, səh.78)

Əgər qəbrin yanında namaz qılmaq, oranı məscid - səcdə olunan yer qərar vermək haram olsaydı, Rəsuli Əkrəm bunu öz doğma qızına qadağan edərdi. Bunu da unutmayaq ki, Peyğəmbər(s)-in öz məzarı Mədinədə Məscidün-Nəbinin daxilindədir və bütün zəvvarlar orada namaz qılırlar, ziyarət edirlər./ehliwie-samux.com/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter