Qurban kəsərkən hansı duaları oxumaq tələb olunur?


Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, «bismillah» demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir. Qurban kəsərkən oxunan geniş yayılmış müstəhəb dua belədir:

«Vəccəhtü vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən müslimən və ma əna minəl-müşrikin. İnnə səlati və nüsüki və məhyayə və məmati lillahi rəbbil-aləmin. La şərikə ləhü və bizalikə ümirtü və əna minəl-müslimin. Allahümmə minkə və lək. Bismillahi vəllahü əkbər». Tərcüməsi: «Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur.

Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır». Qurbanı kəsəndən sonra deyilir: «Allahümmə təqəbbəl minni». Tərcüməsi: «Allahım, (bu qurbanı) məndən qəbul et».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter